/ / Azərbaycandakı dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasına etiraz məktubu ünvanlayıblar
Azərbaycandakı dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasına etiraz məktubu ünvanlayıblar
27.08.2016 [10:01]
Azərbaycanda fəaliyyət göstərən qeyri-İslam dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 23-cü illik toplantısının iştirakçıları tərəfindən qəbul olunan “Fundamental Qlobal Təhdidlər - Xristian Pravoslav Perspektivi” adlı qətnamənin sonuncu bəndinə - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və aprel döyüşləri ilə bağlı tamamilə yanlış məlumatı özündə əks etdirən müddəa ilə bağlı etiraz məktubu ünvanlayıblar.
AZƏRTAC-a daxil olan məktubda deyilir:
“Parlamentlərarası Pravoslav Assambleyasına
Parlamentlərarası Pravoslav Assambleyasının hörmətli üzvləri,
Parlamentlərarası Pravoslav Assambleyasının bu il iyulun 4-8-də Yunanıstanın Soloniki şəhərində keçirilən 23-cü illik toplantısında qəbul olunan “Fundamental Qlobal Təhdidlər - Xristian Pravoslav Perspektivi” adlı qətnamə müasir dünyanın, xüsusilə də Avropanın taleyi üçün əhəmiyyətli və həssas məsələlərə toxunsa da, təəssüf ki, qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müddəalar reallıqdan və obyektivlikdən uzaqdır.
Nəzərinizə çatdırırıq ki, Azərbaycanda tarix boyu müxtəlif dinlərin və millətlərin nümayəndələri bir ailə kimi dinc yanaşı yaşamışlar. Təsadüfi deyil ki, Azərbaycanda mövcud olan dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti, həmçinin bu istiqamətdə Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl siyasət bu gün bütün dünyada örnək olaraq qəbul edilməkdədir. Azərbaycanda dözümlülüyün və dialoqun qorunması istiqamətindəki siyasətin tərkib hissəsi olaraq dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir. Təsadüfi deyildir ki, təkcə bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyri-müsəlman dini icmalara 800 min manat (516 000 dollar), o cümlədən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına 250 min manat (161 000 dollar) vəsait ayrılıb. Həmçinin maddi və mənəvi irsə olan ənənəvi hörmətin göstəricisi kimi müsəlman məscidlərinin, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların inşası və təmir işlərinə dövlət tərəfindən qayğı ilə yanaşılır.
Milli və dini zəmində münaqişələrin artdığı bir dövrdə əsrlər boyu tolerantlığı ilə nümunəvi olan Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar keçirməklə, habelə beynəlxalq qurumların toplantılarına ev sahibliyi etməklə beynəlxalq aləmə öz töhfələrini verib. Azərbaycanda son illərdə dünya dini liderlərinin Zirvə görüşü, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumları, dünya dini liderlərinin sammiti, “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda konfrans, Mədəniyyətlərarası Dialoq Forumu, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında II Dünya Mədəniyyətlərarası Dialoq Forumu, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumunun Bakıda keçirilməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzundan xəbər verir.
Dinlərarası münasibətlərdə böhran yaşayan, islamofobiya, ksenefobiya, antisemitizm halların artdığı dünyamızda Azərbaycan hökuməti nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlər üçün xüsusi tarixi, mənəvi əhəmiyyəti olan abidələrin bərpasına və inşasına diqqət ayırır. Bu baxımdan Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılmasını nümunəvi hal kimi göstərmək olar.
Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından qaçqın və köçkün düşüb. Hərbi təcavüz nəticəsində təxminən 403 tarixi-dini abidə erməni işğalı altında qalıb. Milli, dini ənənəni özündə daşıyan bu abidələr ermənilər tərəfindən məhv edilir, tarixi alban məbədləri isə erməniləşdirilir, qriqoryanlaşdırılır.
Bütün bunlara baxmayaraq, Bakının mərkəzində yerləşən erməni kilsəsinin Azərbaycan dövlətinin mühafizəsi altında olması təqdirəlayiq haldır.
Təəssüf ki, Ermənistan tərəfindən münaqişə tarixi boyu törədilmiş insanlığa zidd əməllər və vandalizm bu ilin aprel ayında yenidən təkrarlanıb. Ermənistanın təcavüzkar olması və qoşunlarının Azərbaycan ərazisindən təcili çıxarılması ilə bağlı BMT qətnamələrinə, habelə ATƏT-in Minsk Qrupunun bəyanatlarına və Avropa Şurasının rəsmi sənədlərinə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin törətdikləri fitnəkar təxribat nəticəsində bu ilin aprel ayının əvvəllində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərdə (01-05.04.2016) yüzlərlə insan, o cümlədən mülki şəxslər həlak olub, Azərbaycanın Ağdam və Tərtər rayonlarının ərazilərində bir çox tikililərlə yanaşı, XIX əsrə aid tarixi-dini abidələr də erməni vandalizminə məruz qalıb, bəzi məscidlərə ciddi ziyan dəyib. Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlib. Tərtər şəhər “Cümə” məscidinin ətrafına erməni silahlıları tərəfindən atılan top mərmiləri məscidin bir tərəfinin divarlarında çatlar yaradıb.
Hörmətli Assambleya üzvləri,
Biz dini konfessiyaların, dini liderlərin və dini qurumların sülh və qardaşlıq naminə bir araya gəlmələrini qiymətləndirir, lakin Parlamentlərarası Pravoslav Assambleyasının “Fundamental Qlobal Təhdidlər - Xristian Pravoslav Perspektivi” adlı qətnaməsinə hansısa tərəfin maraqlarından çıxış edərək, Dağlıq Qarabağ barəsində düzgün olmayan, təxribat xarakterli müddəanın əlavə edilməsini Parlamentlərarası Pravoslav Assambleyasının xristianlıq və demokratiya prinsipləri və dəyərləri üzərində qurulan hədəflərinə zidd olduğunu düşünürük.
Odur ki, biz, baş verən hadisələrin, eyni zamanda, Azərbaycan dövlətinin apardığı siyasətin şahidi kimi sizi qərəzsiz və düzgün mövqe nümayiş etdirməyə, ədalətin bərpası üçün səy göstərməyə çağırırıq.
Hörmətlə,
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan
Yeparxiyasının arxiyepiskopu
Aleksandr Ata
Bakı şəhəri Dağ yəhudiləri
dini icmasının sədri
Milix Yevdayev
Azərbaycan Respublikasının
Alban-Udi Xristian icmasının sədri
Robert Mobili
Azərbaycan Respublikasında
Katolik kilsəsinin Apostol
Prefekturasının ordinarisi
Vladimir Fekete
“Həyat sözü” Xristian
dini icmasının sədri
Rasim Xəlilov
Bakı şəhəri Yevangelist
Məsihi Baptistlərinin “Aqape”
dini icmasının sədri
Yəhya Məmmədov
Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri
Vera Nesterova
“Yeni Həyat” Xristian incil
dini icmasının sədri
Lyudmila İbrahimova”.
* * *
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məsələ ilə əlaqədar hazırda Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq işlər aparılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

