Xidməti başa vuran hərbi qulluqçular təntənəli mərasimlə yola salınıblar
06.10.2016 [09:40]
Azərbaycan Silahlı Qüvvələrində Prezident İlham Əliyevin ölkə vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamının icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Tərtər şəhərindəki Heydər Əliyev meydanında Müdafiə Nazirliyinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənə nümunəvi xidmətə görə sağ ol” devizi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yola salınması mərasimi keçirilib.
Hərbi qulluqçuların, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki nailiyyətlərindən, erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun layiqli cavab verməsindən, xalqla ordunun monolit birliyindən danışıb. Bildirib ki, mütəşəkkil ordunun yaranması Ulu öndər Heydər Əliyevin, ordumuzun dünyanın ən güclü orduları arasında yer alması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Son illərdə Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmlənib, ən müasir silahlar, texnikalar alınıb. Ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, əhval-ruhiyyəsi və vətənpərvərlik hissi yüksəkdir.
Diqqətə çatdırılıb ki, bu gün yola salınan əsgər və çavuşların hamısı aprel döyüşlərinin iştirakçılarıdır.
Sonra ehtiyata buraxılan əsgər Altay Vəliyev “Bu gün mən və mənimlə bir vaxtda əsgərliyə gəlmiş yaşıdlarım Vətən, xalq qarşısında müqəddəs borcumuzu başa vururuq. Ancaq Vətən çağırarsa, biz yenidən silaha sarılaraq xidmətimizi davam etdirəcəyik” deyərək, silah, dəbilqə və zirehli gödəkcəsini gənc əsgərə verib. Gənc əsgər Elmir Məmmədov eyni çağırışdan olan əsgər yoldaşları adından özündən əvvəlki döyüşçülərin qəhrəmanlıq ənənələrini davam etdirəcəklərinə söz verib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ehtiyata buraxılan hərbi qulluqçulara tərtərlilər adından minnətdarlığını bildirib, onlara xatirə hədiyyələri təqdim edib. Bildirib ki, qəhrəman tərtərlilər düşmənin bütün təxribatlarına, yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, ev-eşiyini tərk etmir, əsgərlərimizə daim dəstək olurlar. Aprel ayında cəbhədə baş verənlər də xalqla ordunun monolit birliyini, Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi.
General-mayor Hikmət Həsənov hərbçilərimizin döyüş meydanında göstərdikləri mərdlik və şücaətlərindən danışıb, Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib. Diqqətə çatdırıb ki, tərtərlilər həmişə olduğu kimi, aprel döyüşləri zamanı da Azərbaycan əsgərinə dayaq olub.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusifov, “Azərbaycan bayrağı” ordenli keçmiş döyüşçü Nizami Heydərov xidməti başa vuran hərbi qulluqçulara Vətənə şərəflə xidmət etdikləri üçün təşəkkür edərək, ölkəmizə layiqli vətəndaş olmağı, gənc əsgərlərə isə Silahlı Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazmağı, xalqımıza qələbə sevincini yaşatmağı arzulayıblar.
Xidməti başa vuran hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr, valideynlərə təşəkkür məktubu təqdim edilib.
Rayon məktəbliləri əsgərləri gül-çiçəklə yola salıblar.
Sonra xidməti başa vuran hərbi qulluqçular Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbir rayon mədəniyyət evinin musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

