“Vandalizm” sənədli filminin təqdimatı olub
25.11.2016 [09:42]
Noyabrın 24-də Nizami Kino Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi və “Trend” informasiya agentliyinin dəstəyi ilə çəkilmiş “Vandalizm” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu filmin xalqımızın maddi-mənəvi irsinə, o cümlədən tarixi və dini abidələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm aktlarından bəhs etdiyini bildirib.
Komitə sədri deyib ki, Azərbaycan torpaqlarının işğalı, ermənilərin vandalizmi, mülki əhalinin məhv edilməsi barədə çoxlu kitablar yazılıb, filmlər çəkilib. Bu film işğal olunmuş ərazilərimizdəki abidələr haqqındadır. Filmdə Azərbaycanın maddi və mənəvi irsinə qarşı Ermənistanın təcavüzkarlığı konkret faktlar əsasında göstərilib.
Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Ermənistan əvvəlcə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara qarşı vandalizm əməlləri törədib. Vandalizmin sonrakı hədəfi isə Azərbaycanın tarixi-mədəni abidələri olub. Azərbaycan bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlarda iş aparıb. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş bölgələrə səfər etməsini tələb edib və buna nail olub. ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərə iki dəfə səfər edib. Bu səfərlər zamanı işğal olunmuş bölgələrdə vandalizmə yol verildiyi, erməni əhalinin məskunlaşdırılmağa çalışıldığı, iqtisadi fəaliyyətlə məşğul olunduğu üzə çıxıb. Bu gün nümayiş etdirilən filmdə də faktaraşdırıcı missiyanın üzə çıxardığı faktlar göstəriləcək. “Mən bu tədbirdə iştirak edən xarici ölkələrin səfirlərindən bu faktları öz ölkələrinə çatdırmalarını istəyirəm”, - deyə Bahar Muradova qeyd edib.
Parlament sədrinin müavini bildirib ki, 2014-cü ildə Bakıda, ATƏT Parlament Assambleyasının yay sessiyasında ATƏT-ə üzv ölkələrin ərazisində mədəni irsin qorunması haqqında qətnamə layihəsi qəbul edilib. Həmin qətnamədə hərəkətləri etnik və dini nifrətin qızışdırılmasına aparan Ermənistan tərəfindən Konvensiyanın bütün bəndlərinin pozulması qeyd olunub. Bahar Muradova Bakıda akkreditə olunmuş bütün diplomatları ermənilərin bu hərəkətlərini pisləməyə və onların beynəlxalq normalar çərçivəsində cəzalandırılmasını tələb etməyə çağırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov ermənilərin Zəngilanda 500-700 yaşı olan çinar ağaclarını da məhv etdiyini diqqətə çatdıraraq deyib: “O çinarlar təkcə Azərbaycanın deyil, dünyanın sərvətləridir. Füzuli rayonunda qədim insan məskəni olan Azıx mağarası da təkcə Azərbaycana məxsus deyil. Bütün bunlar həm də dünyanın tarixi-mədəni sərvətləridir. Ona görə də dünya birliyi işğal olunmuş Azərbaycan ərazilərində mədəni-tarixi abidələrin dağıdılmasının qarşısının alınmasına çalışmalıdır”.
Tədbirdə “Trend” agentliyinin direktorunun müavini Arzu Nağıyev, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının təmsilçisi ata Denis də çıxış ediblər.
Sonra film nümayiş etdirilib.
Qeyd edək ki, “Vandalizm” sənədli filminin ideya və ssenari müəllifi Emin Hüseynlidir. Filmin çəkilməsində məqsəd Azərbaycan əleyhinə işğalçılıq siyasəti yeridən, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən Ermənistanın bu istiqamətdə əməllərini faktlarla ifşa etmək, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir. Filmdə tarixi mənbələrə və faktlara istinad edilib, beynəlxalq hüquq, politologiya sahəsində tanınmış mütəxəssislərin və din xadimlərinin fikirlərinə yer verilib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

