Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Multikulturalizm Mərkəzində “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğəti”nin təqdimatı olub

Multikulturalizm Mərkəzində “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğəti”nin təqdimatı olub

22.04.2017 [11:20]

Aprelin 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğəti” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yaradıcılıq Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, “Multikulturalizm” və “Türkologiya” jurnalının redaksiya heyətinin də iştirak etdiyi tədbiri BBMM-in icraçı direktoru Azad Məmmədov açaraq təqdim edilən ensiklopedik lüğəti keçmişlə günümüzü birləşdirən körpü kimi səciyyələndirib. Gənc nəslin keçmiş dəyərləri unutmaması və öyrənməsi istiqamətində nəşri dəyərli mənbə kimi qiymətləndirib.
Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədovun moderatorluğu ilə keçirilən təqdimat tədbirində sözügedən Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, professor İmamverdi Həmidov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov, professor Habil Qurbanov, fəlsəfə doktoru Aqil Şirinov, BBMM-in şöbə müdiri Rəşad İlyasov, AMEA-nın elmi işçisi Əli Fərhadov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan oxucusuna təqdim olunan “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğəti”ndə kəlam, fəlsəfə, hədis, təfsir və digər islami elmlərə aid anlayış, kateqoriya, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların ixtiyarına verilib. Əsərin işlənməsində mötədillik prinsipi əsas götürülüb, heç bir təriqətə, məzhəbə və ya əqidəyə üstünlük verilməyib. Bütün anlayışlar haqqında qısa, konkret və obyektiv məlumat verilib.
Sonda ensiklopedik lüğətin tərtibçiləri - fəlsəfə elmləri doktoru Aydın Əlizadə və fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov çıxış edərək kitabın İslam elmləri haqqında ümumi təsəvvürün formalaşması üçün geniş məlumat vasitəsi kimi nəzərdə tutulduğunu diqqətə çatdırıblar: “Kitabdakı mövzular ümumiləşdirilərək aşağıdakı şəkildə verilib: Məhəmməd peyğəmbər, onun Əhli-beyti və səhabələrin həyat yolları; İslamda əqidə, hüquq və mənəviyyat məktəbləri; təriqətlər və dini cərəyanlar; İslamın tarixi, kəlamı və fəlsəfəsi. Ensiklopedik lüğətdə 700-dən çox böyük və kiçik məqalə yer alıb. Məqalələrdə tarixi hadisələr həm hicri, həm də miladi təqvimlərlə göstərilib. Təqdim olunan “İslam tarix, fəlsəfə və hüquq ensiklopedik lüğəti” indiyə qədər işıq üzü görmüş bu tipli nəşrlərlə müqayisədə bir sıra fərqli xüsusiyyətləri ilə seçilir”.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31