Azərbaycanda icbari tibbi sığortanın tətbiq edildiyi qısa vaxtda böyük işlər görülüb
25.04.2017 [09:07]
Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin üzvləri aprelin 24-də Yevlax şəhərindən sonra Mingəçevirdə də icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrası ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında olan nümayəndə heyətinin üzvləri burada yaradılan şəraitlə maraqlanıb, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan tibbi avadanlıqlara, yeni laboratoriya, təcili tibbi yardım avtomobillərinə baxıblar.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov nümayəndə heyətinə xəstəxanada tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi çərçivəsində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibbi təchizatı xeyli yaxşılaşdırılıb, 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalar müasir tələblərə cavab verir. Burada quraşdırılan müasir tibbi avadanlıqlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizlərini də həyata keçirməyə imkan yaradır. Könül Ələkbərov qeyd edib ki, xəstəxanada tibbi xidmətin keyfiyyətinin artırılması ilə yanaşı, xəstələrin rahatlığı da düşünülüb. Belə ki, laboratoriyada xüsusi çoxfunksiyalı kreslolar qurulub. Həmin kreslolar qanalma zamanı xəstənin arterial təzyiqi düşərsə, ona uyğun vəziyyət alır. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb. Laborator müayinələrin kağız üzərində aktivləşdirilməsinə son qoyulub.
Tibbi təchizat yaxşılaşdırılıb, xəstəxanaya LOR kombayn, laporoskopik əməliyyat üçün dəst, 4D ultrasəs müayinə aparatı, “Hamilton” süni ventelyatorlar, portativ süni tənəffüs aparatı, monitorlar, sterilizator və paketləmə aparatı, MQ aparatı, neonatologiya üçün küvezlər, “Beckman” markalı laborator analizatorlar, avtomatlaşdırılmış ginekoloji, proktoloji stolların alınması xidmətin keyfiyyətinin artırılmasına səbəb olub.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında təcili yardım da daxil olmaqla, bir sıra şöbələrdə struktur dəyişikliyi aparılıb. Cərrahi profilə aid olan və ayrı-ayrı korpuslarda yerləşən urologiya, proktologiya, lor, onkologiya, uşaq cərrahiyyəsi, ümumi cərrahiyyə, oftalmologiya cərrahiyyə şöbəsi adı altında birləşdirilib. Həmin şöbə üçün 100 çarpayılıq bölmə yaradılıb.
Könül Ələkbərov onu da bildirib ki, doğum şöbəsində aparılan dəyişiklər vaxtından əvvəl doğulan ağır vəziyyətdə olan uşaqlara intensiv terapiyanın aparılması uçun tam şərait yaradır. Belə ki, burada süni tənəffüs aparatı, küvəz quraşdırılıb. Anadangəlmə sarılıqla doğulanlara təxirəsalınmaz yardım kimi fototerapiya cihazı quraşdırılıb. 60 çarpayılıq terapiya şöbəsində isə pərakəndə şəkildə yerləşmiş kardiologiya, nefrologiya, terapiya və nevrologiya bölmələri birləşdirilib. Doğum şöbəsi B korpusundan C korpusuna keçirilib. Həmin bölmədəki əməliyyatxananın yanında intensiv nəzarət bloku yaradılıb.
Qeyd edək ki, aparılan dəyişiklik mövcud çarpayılardan daha səmərəli istifadə etməyə imkan yaradır və göstərilən tibbi xidmətin keyfiyyətini artırır. Nəticədə xəstəxana keçənilki göstəricilərindən 2 dəfə artıq xəstə qəbulu və müayinəsi həyata keçirir. Mingəçevir şəhərində Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası nəzdində TTTY şöbəsi qurulub və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb.
Yeni tipli TTTY xidməti xəstənin ambulans üçün çağırışından başlamış, onun tibbi xidmətin digər səviyyəsinə (İSX, ambulator və ya stasionar tibbi xidmət), yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. Şöbədə ilkin cərrahi, ilkin travmatoloji, pediatrik və reanimasiya xidmətlərinin həyata keçirilməsi üçün şərait mövcuddur.
Milli Məclisin deputatları Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunan sakinlərlə də görüşüblər. Sakinlər onlara yaradılan şəraitdən, icbari tibbi sığortanın tətbiqindən razılıq edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra Mingəçevir şəhərindəki “Ağsaray” otelində Milli Məclisin Səhiyyə Komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azərbaycanda icbari tibbi sığorta: Görülən işlər, problemlər, perspektivlər” mövzusunda birgə iclası keçirilib.
Komitənin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın Azərbaycanda tətbiq edildiyi qısa vaxt ərzində çox böyük işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, icbari tibbi sığorta tətbiq edildiyi bütün ölkələrdə tibbin inkişafının əsasını qoyub. Tibbi xidmətin səviyyəsinin yüksəkliyinə görə fərqlənən ölkələrin hamısı buna məhz icbari tibbi sığortanın tətbiqi sayəsində nail olublar. O deyib: “Artıq ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlamışıq və müsbət nəticə var. Həm sovet, həm müasir səhiyyə sistemi ilə tanış olan bir adam kimi qısa müddət ərzində bu qədər böyük işlərin görülə biləcəyini gözləmirdim. İcbari tibbi sığortanın spesifikasını nəzərə alaraq qeyd edim ki, bunun həyata keçirilməsi o qədər də asan deyil. Təqdirəlayiq haldır ki, bu istiqamətdə yaxşı komanda formalaşıb, Agentliyə təcrübəli ekspertlər cəlb olunub. Təbii ki, problemlərin tamamilə aradan qaldırıldığını demək olmaz, bunlar nəzərə alınmalıdır. Pilot təcrübə göstərir ki, gələcəkdə icbari tibbi sığortanın Azərbaycanda uğurla tətbiq edilməsinə imkan var”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev iclas iştirakçılarına icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib. Bildirib ki, icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində həkimlərin əməkhaqları 240-740, orta tibb işçilərinin 80-200, kiçik tibb işçilərinin əməkhaqları isə 80-130 manat artırılıb. Cari ilin fevral ayında pilot ərazilərdəki tibb müəssisələrində sığortalı əhaliyə 101 min 268 tibbi xidmət, mart ayında isə 163 min 29 tibbi xidmət göstərilib. Göstərilən xidmətin 67 faizini ambulator müayinələr təşkil edib. Ötən iki ayda həyati vacib, dəyəri yüksək 118 əməliyyat olub. Bununla yanaşı, Ailə Sağlamlıq mərkəzlərinin xəstəxanaların resurslarından, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsində rolu artıb. Belə ki, Yevlax və Mingəçevirdə hər iki müraciətdən birinə ailə həkimi baxır.
Sonra Milli Məclisin deputatları icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələləri müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

