Oftalmoloqların regional konfransında müasir müayinə və müalicə metodları nümayiş olunub
27.05.2017 [11:00]
Gəncə şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən üçüncü regional konfransda qarşıda duran məsələlər müzakirə edilib və yeni tədbirlər planı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva ölkədə səhiyyənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan əsaslı islahatlar səhiyyə sahəsinə də müsbət təsir göstərib. Son illər ölkəmizdə çoxsaylı xəstəxanalar tikilib, müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlayıb. Səhiyyə müəssisələri müasir tibbin ən son texnoloji avadanlıqlar ilə təchiz olunub. Ölkə səhiyyəsini yüksəkixtisaslı və peşəkar kadrlarla təmin etmək məqsədilə gənclərimiz dövlətin dəstəyi ilə dünyanın nüfuzlu tibb universitetlərində təhsil alıb, yaxud müvafiq ixtisasartırma kurslarına göndəriliblər. Həmçinin ölkə əhalisinin sağlamlığının qorunması üçün Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə bütün regionlarda sakinlərin kütləvi tibbi müayinəsi təşkil edilib. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların pulsuz qan və dərmanlarla təminatı, eləcə də müalicəsi üçün ayrı-ayrı dövlət proqramları həyata keçirilib.
Konfransda çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Aytən Sultanova bildirib ki, üçüncü regional konfransın əsas məqsədi oftalmologiya sahəsindəki tibbi yenilikləri bölüşmək, hər bir oftalmoloqun ümumi təcrübəsində təsadüf olunan müayinə və müalicə üsullarını iştirakçılara təqdim etməkdir. Həmçinin əhali arasında oftalmoloji maarifləndirməni gücləndirmək, yerli kadrların xarici ölkələrdə keçiriləcək konfranslarda iştirakını təmin etmək və bu istiqamətdə tədbirlər planı hazırlamaqdır.
Son illərdə səhiyyə sistemində aparılan islahatların oftalmologiya sahəsində ciddi inkişafa səbəb olduğunu qeyd edən Aytən Sultanova vurğulayıb ki, Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqət sayəsində hazırda Azərbaycan oftalmologiyası müasir tibbin ən yüksək zirvəsinə yüksəlib. Məhz bunun nəticəsidir ki, son vaxtlar bir çox pasiyentlər xarici ölkələrdə deyil, yerli göz xəstəxanalarında müayinə və müalicəyə üstünlük verirlər.
Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Cənubi Qafqazda fəaliyyət göstərən ən böyük ixtisaslaşmış tibb müəssisəsidir. Hazırda bu Mərkəz yüksək texnoloji avadanlıqlarla təchiz olunub. Burada müasir tibdə istifadə edilən ən son müayinə və müalicə metodları, eləcə də cərrahi üsullar tətbiq olunur.
Azərbaycanda oftalmologiyanın inkişafı istiqamətində həyata keçirən tədbirlərin yalnız Bakı şəhəri ilə məhdudlaşmadığını deyən Aytən Sultanova vurğulayıb ki, son illərdə ölkənin bir çox regionlarında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialları açılıb. Hazırda həmin filiallarda bütün növ göz xəstəlikləri müayinə və müalicə edilir, cərrahiyyə əməliyyatları aparılır.
Dünyada oftalmologiya sahəsində keçirilən beynəlxalq konfranslardan danışan Aytən Sultanova deyib ki, indi Azərbaycan alimləri bu tədbirlərdə fəal iştirak edir və müasir dövrdə oftalmologiyanın qarşısında duran məsələlərin həlli ilə bağlı müzakirələrə qoşulurlar. Təqdirəlayiqdir ki, azərbaycanlı həkimlər həmin konfranslarda yeni müalicə üsulları və müayinə metodları irəli sürürlər.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin ikinci regional konfransında qarşıya qoyulan məsələlərin uğurlu həllinə nail olunduğunu deyən Aytən Sultanova bildirib ki, bu illər ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivinin fəaliyyəti yalnız bura müraciət edən pasiyentlərin müayinə və müalicəsi ilə məhdudlaşmayıb. Kollektiv Mərkəzin həm özündə, həm də filiallarda müasir oftalmologiyada istifadə olunan bütün müayinə və müalicə üsullarının tətbiqinə nail olub.
Sonda konfransda iştirak edən alim və həkimlərin ölkədə uğurlu müalicə yolları tapılan xəstəliklər haqqında elmi məruzələri dinlənilib. Onlar gənc kadrları bu xəstəliklərin müayinə və müalicəsində tətbiq olunan müasir metodlarla tanış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

