/ / İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti
İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti
27.05.2017 [11:05]
XXI yüzillik informasiya əsri kimi səciyyələndirilir. İnkişaf etmiş cəmiyyətlərdə informasiya başlıca idarəetmə vasitəsi kimi təsbit edildiyindən informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir. Bu isə mütəmadi surətdə informasiya resurslarının artırılmasını və təkmilləşdirilməsini şərtləndirən amil kimi çıxış edir.
XXI yüzillik informasiya əsri kimi...
Xüsusi mübadilə və idarəetmə vasitəsi səciyyəsi daşıyan informasiya resurslarından səmərəli surətdə istifadə edilməsi üçün daim yeni mexanizmlər və texnologiyalara istinad edilir. Təbii ki, bütün bunlar yeni sosium növü olan informasiya cəmiyyətinin təşəkkülünü şərtləndirir. Ümumilikdə, klassik mənada informasiya cəmiyyəti dedikdə elə bir sosium növü nəzərdə tutulur ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə, onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Ekspertlər informasiya cəmiyyətinin üstünlüklərindən bəhs edərkən bir sıra nüansları xüsusi olaraq önə çəkirlər. Belə ki, ilk növbədə qeyd edilir ki, bu modern sosium vasitəsilə bütün bəşəri sivilizasiya üçün qlobal informasiya mühiti yaranır. İkincisi, informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır, sosial və iqtisadi fəaliyyətin yeni formaları yaranır. Bu isə həm sosial-iqtisadi inkişaf baxımından, həm də ölkələrin beynəlxalq inteqrasiya prosesinə daha fəal cəlb olunması kontekstində müstəsna əhəmiyyət kəsb edir. Üçüncüsü, bu sosiumda informasiya əmtəəyə çevrilir, informasiya və bilik bazarı yaradılır və inkişaf edir. Beləliklə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması və tərəqqisi təmin edilir. Başqa sözlə, inkişafın əsas forması kimi informasiya iqtisadiyyatı formalaşır. Dördüncüsü, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə hər bir insanın, bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışı təmin edilir. Beşincisi, təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsinə mühüm şərait yaranır. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq inteqrasiya baxımından böyük önəm daşıyır.
Beləliklə, müasir idarəetmə sisteminə malik olan ölkələrdə İKT-nin tərəqqisi və informasiya cəmiyyətinin inkişafı üçün strateji xarakterli tədbirlər həyata keçirilir. Bu isə, öz növbəsində, ölkələrin iqtisadiyyatının inkişafına özünəməxsus töhfələr verir. Müasir dövrün tələbi olan informasiyalı dövlət quruculuğu ayrı-ayrı ölkələrin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi çıxış edir. Bütövlükdə, informasiya cəmiyyətinin təşəkkülü və inkişafı istiqamətində görülən strateji tədbirlər informasiya-kommunikasiya texnologiyalarının tərəqqisini də labüd edir.
İnformasiya resurslarının artması müəllif hüquqları ilə bağlı çoxsaylı problemlərin ortaya çıxmasını şərtləndirir
Əlbəttə, bütün bunlar öz növbəsində müsbət və mütərəqqi yenilikləri şərtləndirməklə yanaşı, bir sıra neqativ halların ortaya çıxmasına və ya artmasına da səbəb olur. Bu kontekstdə müəllif hüquqları ilə bağlı problemlərin sayının çoxalmasını qeyd etmək lazımdır. İnformasiya resurslarının kəmiyyət və keyfiyyət etibarilə artması ilə elm, ədəbiyyat, incəsənət və digər sahələrdə ərsəyə gətirilən əsərlərin - yaradıcılıq nümunələrinin müəlliflərinin hüquqlarının pozulması hallarının çoxalması mütənasiblik təşkil edir. Belə olan halda, informasiya cəmiyyətində müəllif hüquqlarının qorunması və əqli mülkiyyətin qorunması məsələsi daha çox aktuallıq kəsb etməyə başlayır.
Müəlliflik hüququ informasiya cəmiyyətində “bilik iqtisadiyyatı”nın tərkib hissəsi kimi çıxış edir
Məlum olduğu kimi, müəlliflik hüququ elm, ədəbiyyat, incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Nəzəri-konseptual baxımdan müəlliflik hüququ ayrı-ayrı sahələrdə yaradıcılıq məhsulu olan əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur. Ekspertlər müəlliflik hüququnu əqli mülkiyyət hesab olunan əsərlərin qorunma vasitəsi kimi xarakterizə edirlər. Müəlliflik hüququ təkcə hüquq sahəsinin predmeti kimi çıxış etmir, o, eyni zamanda, ictimai, mədəni və iqtisadi münasibətləri də özündə ehtiva edir. Araşdırmalar göstərir ki, informasiya cəmiyyətində müəlliflik hüququ iqtisadi inkişafın təmin olunması və intensiv xarakter almasında mühüm rol oynayır, “bilik iqtisadiyyatı”nın tərkib hissəsi kimi çıxış edir. Məlumata görə, təkcə müəlliflik hüququna əsaslanan sənayenin payı dünya iqtisadiyyatında 10 faizə qədərdir.
O da qeyd edilməlidir ki, müəlliflik hüququ həm də əqli mülkiyyət sisteminin nəticələrinə (əsərlərə) olan hüquqlar kimi səciyyələndirilir. Əqli mülkiyyət hüquqları isə əqli fəaliyyət nəticələrinin qorunması məqsədi ilə onların müəlliflərinə və hüquq sahiblərinə verilən müstəsna hüquqlardır. “İnsan hüquqları haqqında Beynəlxalq Bill”in tərkib hissəsi olan “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”da (1966) qeyd olunur ki, “hər bir şəxsin müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud bədii əsərləri ilə bağlı yaranan maddi və mənəvi maraqlarının qorunmasından istifadə etmək hüququ tanınır”. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən, “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”.
Hazırda müəlliflik hüququnun və əqli mülkiyyət hüquqlarının qorunması beynəlxalq miqyasda aktual məsələ kimi çıxış edir. BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan, Stokholm konvensiyasına uyğun olaraq yaradılan və Cenevrə şəhərində yerləşən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) əqli mülkiyyət, sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqların qorunması istiqamətində fəaliyyət göstərir. ÜƏMT-nin məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında qarşılıqlı inzibati fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə dəstək göstərir, bu istiqamətdə texniki və hüquqi yardım edir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir.
Müəllif Hüquqları Agentliyinin fəaliyyəti əqli mülkiyyət sahəsinin inkişafını təmin edir
Vurğulamaq gərəkdir ki, Azərbaycanda da müəllif hüquqlarının, əqli mülkiyyətin müxtəlif növlərinin qorunması istiqamətində mütərəqqi qanunvericilik bazası yaradılıb. Onu da qeyd edək ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” qanunları ilə yanaşı, “Elektron ticarət haqqında” qanunda böyük bir hissə müəlliflik hüquqları ilə bağlıdır. Eyni zamanda, bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrinə), inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirən, normativ hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən və hüquqi statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanıdır. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Agentlik haqqında Əsasnaməni rəhbər tutur. Əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək, əqli mülkiyyət sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək, bu sahədə qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi vəzifələr Agentliyin fəaliyyətində başlıca yer tutur. Bundan başqa, bəhs olunan qurum əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədi ilə normativ sənədləri müntəzəm şəkildə təkmilləşdirmək məqsədilə müvafiq tədbirlər görür.
Bunlarla yanaşı, qurumun nəzdində 960 saylı Qaynar xətt və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” fəaliyyət göstərir. “Hüquq məsləhətxanası” vasitəsilə maarifləndirici tədbirlər görülür, əsərin qeydiyyatı və pozulmuş müəllif hüquqları ilə bağlı müəlliflərə hüquqi məsləhətlər verilir, onların pozulmuş hüquqları ilə bağlı iddia ərizələrinin hazırlanmasına yardım edilir, eləcə də ekspert rəyi hazırlanır. Agentliyin hüquqşünasları isə “üçüncü şəxs” kimi məhkəmələrdə iştirak edirlər.
Bütövlükdə isə, Müəllif Hüquqları Agentliyinin fəaliyyəti əqli mülkiyyət sahəsinin inkişafını təmin edir.
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06

