Əmək müqaviləsi bağlamadan xeyli sayda vətəndaşın işə cəlb edilməsi halları aşkar edilib
10.06.2017 [10:20]
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən xeyli sayda vətəndaşın işlərə cəlb edilməsi faktları aşkarlanıb. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, iyun ayının 5-də fiziki şəxs Nəbiyev Toğrul Fuad oğlunun rəhbərlik etdiyi kompozit taxta sexində və “Vegaplast” MMC-yə məxsus istehsal sexində əmək münasibətləri sahəsində vergi nəzarəti tədbirləri keçirilib.
Nəzarət tədbirləri zamanı Toğrul Nəbiyevə məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən və “Tekoplast” əmtəə nişanı adı altında kompozit taxtalar, pvc lambirinlər, plintuslar, asma tavanlar istehsal edilən sexdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 19 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən, “Vegaplast” MMC-yə məxsus su boruları, dam örtükləri, izolyasiya panelləri istehsal edilən sexdə isə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 42 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.
Əmək müqavilələri olmadan işçilərin geniş miqyasda işə cəlb edilməsi halları bundan əvvəl keçirilən nəzarət tədbirləri zamanı da aşkarlanmışdı. Məsələn, əvvəlki nəzarət tədbirləri zamanı hüquqi şəxs “DONQFANQ İNTERNATİON” MMC-yə məxsus, Abşeron rayonu, Maştağa qəsəbəsi, subtropik bağlar sovxozu ərazisində yerləşən və lambir istehsal edilən sexdə də oxşar hallar aşkarlanmışdı. Tədbir zamanı müəssisənin Çin əsilli rəhbərliyi yerli işçiləri anbarda gizlətməyə çalışsa da, buna müyəssər olmamış, nəzarət tədbiri zamanı anbarda gizlənmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 33 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilmişdi.
İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların bu sahədə bir neçə ay ərzində çalışdıqlarına baxmayaraq, heç biri ilə əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.
Faktla bağlı materiallara Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baxılacaqdır.
Ümumilikdə, 2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb. Bu müddət ərzində “Ştutqart” (ehtiyat hissələri mağazaları), “Halal Tekstil”, “Arm” (MADO restoranlar şəbəkəsi), “Altrade”, “Təmiz Qida”, “Salam Şirkətlər Qrupu” (Salam taksi) MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

