DİA və “ASAN xidmət”in dövlət idarəçiliyinə dair birgə seminarı keçirilib
05.07.2017 [09:58]
Qəbələdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişaf modeli” mövzusunda növbəti seminar keçirilib.
DİA-dan AZƏRTAC-a bildiriblər ki, rayonun müxtəlif dövlət qurumlarının əməkdaşları, Qəbələ “ASAN xidmət” mərkəzində çalışan dövlət qulluqçuları və könüllülər üçün təşkil edilmiş seminarda akademiyanın rektoru, akademik Urxan Ələkbərov, ali təhsil ocağının “Siyasi araşdırmalar institutu”nun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov, DİA-nın elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli məruzə ilə çıxış ediblər.
Tədbirdə “Azərbaycan Respublikasının dövlət idarəçilik modeli: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda məruzə ilə çıxış edən U.Ələkbərov əvvəlcə Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, Ümummilli liderin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib və bunun sayəsində ölkədə qısa zaman kəsiyində iqtisadi və sosial sahədə yüksək nailiyyətlər qazanılması üçün şəraitin yarandığını vurğulayıb. Bildirilib ki, əldə edilmiş nailiyyətlərin kökündə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası dayanır. Akademik inkişaf strategiyasının reallaşdırılmasında ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, Heydər Əliyev Fondunun önəmli fəaliyyətinə də diqqət çəkib.
U.Ələkbərov qeyd edib ki, 2017-ci ilin martında BMT-nin, həmin ilin mayında isə Dünya Bankının dərc etdirdiyi hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə, Azərbaycan hazırda dünya liderləri sırasındadır. Bu, keçmiş SSRİ, “Böyük yeddilik” (G 7) və “Böyük iyirmilik” (G 20) ölkələri ilə Azərbaycanın göstəricilərinin müqayisəli təhlili əsasında auditoriyanın nəzərinə çatdırılıb. Eyni zamanda, sosial göstəricilərdən də bəhs edən akademik beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin bu baxımdan da qısa müddətdə sürətlə inkişaf etdiyini, bir sıra inkişaf etmiş dövlətləri geridə qoyduğunu bildirib.
Seminarda çıxış edən E.Nəsirov və R.Rəhimli vurğulayıblar ki, ölkəmiz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başlayıb. Dövlət müstəqilliyimiz möhkəmlənib, ölkə daxilində siyasi sabitliyə nail olunub, Ümummilli liderin formalaşdırdığı siyasət bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiqlər çıxışlarında ölkə rəhbərliyi tərəfindən dövlət qulluğunda kadr ehtiyatının normativ-hüquqi tənzimlənməsi, dövlət qulluğunun innovativ qiymətləndirmə metodları, müasir çağırışlara cavab verən kreativ kadr potensialının formalaşdırılması və idarəedilməsi məsələlərinə diqqət çəkiblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42

