/ / Ali Məhkəmənin sədri Avstriyada Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkənin hazırlıq iclasında iştirak edib
Ali Məhkəmənin sədri Avstriyada Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkənin hazırlıq iclasında iştirak edib
29.08.2017 [10:23]
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikasının paytaxtı Vyanada BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) tərəfindən keçirilən Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkənin işə salınması üçün hazırlıq iclasında iştirak edib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, UNODC BMT-nin 2015-ci ildə keçirilmiş konqresində qəbul olunmuş cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsinə dair Doha Bəyannaməsi ilə əhatə edilən, üzv dövlətlərə konkret sahələrdə, o cümlədən ədalət mühakiməsində dürüstlüyün təmin olunması və korrupsiyanın qarşısının alınması istiqamətində fəaliyyətə davamlı dəstək və texniki köməklə bağlı qlobal layihənin həyata keçirilməsinə ötən il başlayıb.
Tədbirin keçirilməsində əsas məqsəd məhkəmə orqanlarının BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının 11-ci maddəsinin Banqalor Prinsiplərinə uyğun həyata keçirilməsini dəstəkləməklə, Məhkəmələrdə Dürüstlüyün Qlobal Şəbəkəsi layihəsinin yaradılması olub. Şəbəkə üzvlərinin hakimlərin, milli və regional hakim assosiasiyalarının, məhkəmə idarəçiliyində vəzifəli şəxslərin və digər maraqlı tərəflərin təcrübəsindən və peşə hazırlığından bəhrələnəcəyi nəzərdə tutulur.
İclasda qeyd edilib ki, məhkəmə işçilərinə münasibətdə 11-ci maddədə göstərilən “dürüstlük” termini məhkəmə sisteminin və ya fərdi qaydada hər bir hakimin korrupsiyaya qarşı çıxma qabiliyyətinə istinadən bütöv bir konsepsiya kimi təsbit edilə bilər. Bu baxımdan bütövlüyə, şəxsi toxunulmazlığa, ədalətə, bərabərliyə və xüsusən də məhkəmə sisteminin və hakimlərin müstəqilliyinə hörmətlə yanaşılmalıdır. Bu dəyərlər Hakimlərin Davranışı üzrə Banqolor Prinsiplərində müəyyənləşdirilərək, həmin sənədin kommentariyasında ətraflı izah edilib.
Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkə müvafiq resursların məlumat bazasının yaradılması, uyğun hüquqi sistemə, peşəkar mədəniyyətə və milli çağırışlara uyğunlaşa biləcək alətlər, praktiki təlimatlar və təlim proqramlarının hazırlanması ilə yanaşı, məhkəmə orqanlarında şəffaflıq və peşəkarlıq sahəsində potensialın inkişaf etdirilməsi üçün töhfələr verməklə, təlimlərin aparılması sahəsində məhkəmə orqanlarına dəstək üçün platforma olacaq.
Həmçinin burada şəbəkədaxili fərdi və virtual iclaslar vasitəsilə ədalət mühakiməsində qərəzsizliyin və korrupsiyanın qarşısının alınması sahəsində prioritet məsələlər üzrə ən yaxşı təcrübə və fikir mübadiləsinin aparılması, cinayət mühakiməsində bütövlükdə risklərin qiymətləndirilməsi, məhkəmə orqanları və məhkəmə işçiləri üçün effektiv nəzarət və hesabatlılıq mexanizmlərinin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, etik davranış qaydalarının hazırlanması və həyata keçirilməsi, təlim proqramlarının işlənilməsi barədə məsələlərin müzakirəsi nəzərdə tutulub.
Tədbirə dünyanın müxtəlif bölgələrindən Ali məhkəmələrin və Apellyasiya məhkəmələrinin sədrləri və hakimləri, tanınmış hüquqşünaslar, alimlər, beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri və ekspertləri qatılıblar.
İclasda məhkəmə dürüstlüyü üzrə regional inkişaf və Məhkəmə Dürüstlüyü üzrə Qlobal Şəbəkənin təqdimatı keçirilib, şəffaflığın gücləndirilməsi və məhkəmə orqanlarında korrupsiyanın qarşısının alınmasında məhkəmələrin müstəqilliyinin rolu, gözləntilər və ehtiyaclar mövzularında çıxışlar edilərək iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

