Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçiriləcək

07.09.2017 [10:14]

Sentyabrın 9-da Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçiriləcək. Tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, şou və sərgidə bir sıra beynəlxalq yarışlarda və festivallarda nümayiş etdirilmiş 30-a qədər aviamodel olacaq. Eyni zamanda, peşəkar pilot, konstruktor və Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlananlar üçün aviamodellərin layihələndirilməsi, hazırlanması və idarə edilməsi qaydaları barədə praktiki təlimlər də keçəcək.
Tədbirin məqsədi uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, eləcə də pilotsuz uçuş aparatlarının praktiki layihələndirilməsi, hazırlanması və istismarı vərdişlərini aşılamaqdır.
Aviamodellərin şou-sərgisi saat 16:00-da başlayacaq. Tədbirdə iştirak sərbəstdir.

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31