Uşaq musiqi məktəbləri rəhbərlərinin iştirakı ilə Bilik gününə həsr olunan tədbir keçirilib
15.09.2017 [10:18]
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlardan ikisinin Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin iştirakı ilə Bilik gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə güllər qoyublar.
Tədbirdə idarənin rəis müavini Vüqar Qədirov çıxış edərək musiqi kollektivlərini, eyni zamanda, bütün təhsil müəssisələrində çalışan və təhsil alan tələbələri, şagirdləri Bilik günü münasibətilə təbrik edib. Bildirib ki, Ulu öndər Heydər Əliyev həyatımızın bütün sahələrində olduğu kimi mədəniyyətin inkişafına da böyük diqqət yetirirdi. Dahi liderimiz mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirib, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirib. Hazırda bu istiqamətdə işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycan mədəniyyətinin təbliği, inkişafı istiqamətində ölkə başçısının təşəbbüsü ilə çoxsaylı işlər, layihələr həyata keçirilib.
Natiq gənc nəslin təlim-tərbiyəsində, milli ruhda böyüməsində məktəb direktorları və müəllimlərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib.
Tədbirdə Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva, Cabbar Qaryağdıoğlu adına Ağdam rayon 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Yeganə Vəliyeva, 1 nömrəli Laçın şəhər Uşaq Musiqi Məktəbinin direktoru Gülsüm Məhərrəmova və digər natiqlər çıxış edərək mədəniyyət sahəsində verilən qərar və tapşırıqlarının icra olunmasında, dahi, korifey sənətkarların davamçılarının yetişdirilməsi istiqamətində səylə, əzmlə çalışacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

