Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / DTX əməkdaşlarının əməliyyat-axtarış tədbirləri keçirdiyi mənzilə baxış zamanı xeyli sayda silah-sursat aşkarlanıb

DTX əməkdaşlarının əməliyyat-axtarış tədbirləri keçirdiyi mənzilə baxış zamanı xeyli sayda silah-sursat aşkarlanıb

27.10.2017 [10:13]

Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvana - Abşeron rayonunun Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon Prokurorluğunun və Baş Prokurorluğun kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.
Abşeron rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı mənzildən beş ədəd patronla birlikdə bir ədəd “Makarov” markalı tapança, iki ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, yeddi ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışdırılması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcı, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş dörd ədəd alışdırıcı maye ilə dolu beş litrlik plastik qab aşkar edilərək müvafiq qaydada qablaşdırılıb və maddi sübut kimi götürülüb.
Faktla bağlı hazırda Abşeron rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31