/ / Gəncədə “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” adlı konfrans keçirilir
Gəncədə “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” adlı konfrans keçirilir
17.11.2017 [10:12]
Noyabrın 16-da Gəncədə “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” adlı ikigünlük konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017” layihəsi çərçivəsində keçirilən elmi-praktik konfransda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistan milli kitabxanalarının nümayəndə heyətləri iştirak edir.
Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli liderinin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Qonaqların Heydər Əliyev Mərkəzi ilə yaxından tanışlığı onlarda böyük təəssürat yaradıb.
Konfransı açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva iştirakçıları Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yurdunda görməkdən məmnun olduğunu bildirib. Gəncənin qədim tarixə, mədəniyyətə malik olduğunu deyən S.Qurbanəliyeva şəhərin elm, təhsil və mədəniyyət xadimləri, onların həyat və yaradıcılığı barədə məlumat verib.
Vurğulanıb ki, Gəncə özünün tarixi-mədəni inkişafı ilə tanınmaqla yanaşı, həm də son illərdə bir sıra beynəlxalq layihələrə uğurla ev sahibliyi edib.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Dövlətlərarası Humanitar Fondunun müşaviri Kamal Rəhimov bildirib ki, “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017” layihəsi çərçivəsində bir sıra tədbirlər keçirilib. Bu tədbirlər MDB üzvü olan dövlətlərin öz mədəniyyətlərini nümayiş etdirmələrinə geniş imkanlar yaradıb. Kamal Rəhimov vurğulayıb ki, bu ilin dekabr ayında layihənin təntənəli bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova qonaqlara ölkəmizdə kitabxanaların fəaliyyətinə dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı imzalanmış Fərman və sərəncamlara nəzər salıb.
Sektor müdiri Gəncə şəhər İcra Hakimiyyətinə Azərbaycan kitabxanalarının fəaliyyətinə dair ikicildli kitab hədiyyə edib.
Rusiya Dövlət Kitabxanasının Rusiya və MDB kitabxanaları ilə Əlaqələr Departamentinin rəhbəri Qalina Raykova konfransın təşkilinə və səmimi münasibətə görə həmkarları adından şəhər rəhbərliyinə minnətdarlığını bildirib. O, konfransın kitabxana sahəsində çalışan insanlar üçün faydalı olacağını vurğulayıb.
Çıxışlardan sonra “Kitabları hədiyyə edək” aksiyasının təqdimatı olub. Aksiya çərçivəsində Gəncənin mədəniyyət və təhsil müəssisələrinə rus dilində nəşr edilmiş müxtəlif kitablar hədiyyə edilib.
Konfransın rəsmi hissəsinin ardından Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistanın milli kitabxanalarının nümayəndə heyətlərinin iştirakı ilə məruzə və çıxışlar dinlənilib.
Beynəlxalq tədbir işini sabah davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

