Çində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
21.12.2017 [09:55]
Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Böyük infrastruktura malik Xudzou Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması üçün geniş məkan ayrılıb.
Azərbaycan Dillər Universitetindən (ADU) AZƏRTAC-a bildiriblər ki, mərkəzdə ölkəmizin tarixini, coğrafiyasını, etnoqrafiyasını, ədəbiyyatını, mədəniyyətini, dövlət atributlarını, dövlətçilik tarixini, hazırda dünya birliyində tutduğu mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini özündə əks etdirən kitablar, görkəmli rəssamlarımızın rəsmlərindən ibarət toplular, xalq və bəstəkar musiqiləri toplanan albomlar yerləşdirilib.
Universitetin prezidenti, professor Zhang Liqin rəhbərlik etdiyi ali məktəbdə bu cür mərkəzin açılmasının Çin-Azərbaycan münasibətlərinin müxtəlif müstəvilərdə daha dərin inkişafına səbəb olacağına əminliyini bildirib. Mərkəzin açılışında iştirak etmək üçün Çinə səfər edən ADU-nun nümayəndələri Xudzou Universitetinin prezidentinə göstərdiyi diqqətə və Azərbaycana olan sevgisinə görə minnətdarlıqlarını bildiriblər.
Mərkəz Azərbaycanın Çində tanıdılması üçün müxtəlif “dəyirmi masa”, təqdimat, tədbir, konfranslar keçirəcək, “Azərbaycan multikulturalizmi” fənnini Xudzou və ölkənin digər universitetlərində tədris edəcək. Mərkəzin rəhbəri ADU tərəfindən təyin olunacaq. Artıq Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ADU tərəfindən 2018-ci ilin mayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda keçiriləcək beynəlxalq konfransın Çinin Xudzou Universitetində təşkil olunacaq bölməsinin hazırlıqlarına başlayıb.
Qeyd edək ki, ADU-da hazırda 14 ölkənin dilini, mədəniyyətini, tarixini, dövlətçiliyini öyrənən xarici mərkəz fəaliyyət göstərir. ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetdə fəaliyyət göstərən mərkəzlərə alternativ olaraq həmin ölkələrin nüfuzlu ali məktəblərində Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılmağa başlayıb. Bu istiqamətdə bütün hazırlıq işlərini öz üzərinə götürən ADU xalqımızın, dövlətimizin zəngin tarixini, mədəniyyətini, dilini dünyada daha yaxşı tanıtmaqda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə dəstək olmaq məqsədilə beş xarici ölkənin universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzlərini istifadəyə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

