Ucar rayonunun 11 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
30.12.2017 [01:09]
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq Ucar rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində rayonun 11 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.
Ucar rayonunun Müsüslü kəndində keçirilən tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şirvan bölgəsində yerləşən Ucar rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli suyun verilməsi təmin edilib.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində icra olunan içməli su layihələri barədə məlumat verib. Bildirib ki, Külüllü su qurğuları kompleksinin tikintisi və ətraf rayonlara magistral su xətlərinin çəkilməsi Şirvan bölgəsində 200 minədək sakinin keyfiyyətli içməli su ilə təminatına imkan yaradıb. Sədr müavini ölkə başçısının Sərəncamına əsasən 170 kənddə su təchizatı infrastrukturunun yaradıldığını və kəndlərin böyük əksəriyyətinə içməli suyun verildiyini bildirib, bu sahədə işlərin növbəti illərdə də davam etdiriləcəyini vurğulayıb.
Açılış mərasimində iştirak edən kənd sakinləri bildiriblər ki, indiyədək kanallardan götürülən suyu duruldaraq istifadə ediblər. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Ucar rayonunda icra olunan layihələr 11 yaşayış məntəqəsini - Pirkənd, Qaracalı, Türkəçi, Küçəkənd, Təzə Şilyan, Müsüslü, Qarabörk, Xələc, Yuxarı Şilyan, Quləbənd, Alpı kəndlərini əhatə edir. Sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Külüllü-Ucar magistral kəməri seçilib. Su mənbəyindən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib və ümumi uzunluğu 43,8 kilometr olan su xətləri çəkilib. Kəndlərdə ümumi istifadə üçün 93 ədəd bulaq quraşdırılıb. Yeni su təchizatı layihələrindən Ucar rayonunun 11 kəndinin 21 min nəfər sakini faydalanıb.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb. Kəndlərdə 535 kilometr su xətti çəkilib, 1394 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

