ƏƏSMN-in bərpa mərkəzlərində ötən il 39 762 nəfərə reabilitasiya xidmətləri göstərilib
10.01.2018 [10:11]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bərpa mərkəzlərində ötən il 39 762 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, qeyd olunan insanların hər birinə fərdi reabilitasiya proqramı əsasında yanaşılıb və müasir texnologiyalardan, səmərəli fizioterapevtik müalicə üsullarından istifadə edilməklə onların sağlamlıqlarının bərpası yönündə müvafiq işlər aparılıb. Bərpa mərkəzlərində əlilliyi olan şəxslərin yalnız tibbi deyil, sosial yönümlü reabilitasiya tədbirlərinə də cəlb olunması, habelə sağlamlıq imkanları məhdud uşaqların tədris-peşə reabilitasiyası üçün kompleks tədbirlərin görülməsi təmin edilib.
Eyni zamanda, 2017-ci ildə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 1 193 ədəd əlil arabası, 1 345 ədəd aşağı və yuxarı ətraf protezi, 1 764 ədəd aşağı və yuxarı ətraf ortezi, 9 806 ədəd müxtəlif reabilitasiya vasitəsi, 690 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Hesabat dövründə həmçinin əlilliyi olan şəxslər 1 426 cüt dirsəkaltı ağac, 718 ədəd dördayaqlı dayaq vasitəsi, 4 859 cüt ortopedik ayaqqabı, 2 826 cüt protez ayaqqabı, 265 ədəd ortopedik aparat, 615 ədəd eşitmə aparatı, 1 853 ədəd əsa və s. ilə təmin edilib. Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 749 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat da təmir olunaraq yenidən onların istifadəsinə təqdim olunub.
Ümumilikdə Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ötən il ərzində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 33 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35

