/ / YAP Qadınlar Şurasının ilk sədri, Prezident təqaüdçüsü Səriyyə Əbülhəsənovanın 85 yaşı tamam olub
YAP Qadınlar Şurasının ilk sədri, Prezident təqaüdçüsü Səriyyə Əbülhəsənovanın 85 yaşı tamam olub
19.01.2018 [10:14]
Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar. Eyni zamanda, tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi-demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər.
Ümumiyyətlə, Azərbaycan xalqının tarixində öz milləti üçün fədakarlıq, mübarizlik göstərmiş qadınlar az olmayıb. Müasir tariximizdə də belə qadınlarımızla öyünə bilərik. Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan çox ağır sınaqlarla üz-üzə qalmışdı. Yenicə müstəqilliyini bərpa etmiş ölkəmiz parçalanmaq ərəfəsində idi. Cəmiyyətin sağlam düşünən insanları, ümumilikdə bütün xalq Azərbaycanı bu ağır vəziyyətdən yalnız böyük siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin xilas edə biləcəyini dərk edirdilər. Və bu reallığı xalq arasında təbliğ edən insanlar arasında qadınlarımız da var idi. Səriyyə Əbülhəsənova da məhz belə mübariz qadınların ön sıralarında gedib.
O zamanlar Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması prosesinə hakimiyyət hər vəchlə mane olmağa çalışırdı və Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu partiyanın yaradılmasında iştirak etmək istəyən insanlara hədə-qorxu gəlinirdi, onlar təzyiqlərə məruz qalırdılar. Amma Səriyyə Əbülhəsənova belə təzyiqlərdən qorxmayaraq bu yolda əsl fədakarlıq nümunəsi göstərən insanlardan biridir. Ozamankı hakimiyyətin bütün təzyiqlərinə rəğmən 1992-ci ilin noyabr ayında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası yaradıldı. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu öndər Heydər Əliyev qısa müddətdə xalqımızı üzləşdiyi ağır problemlərdən, dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bu prosesdə partiyamızın fəalları, o cümlədən vətənpərvər, Heydər Əliyev siysətinə sadiq qadınlarımız da yaxından iştirak edirdilər.
Belə bir zamanda Yeni Azərbaycan Partiyası təşkilatlanmaqda, sıralarını genişləndirməkdə davam edirdi. Səriyyə Əbülhəsənova qadınların partiyamızın sıralarına cəlb olunmasında, onların partiya həyatında aktivliyinin artmasında fəal iştirak edib. Məhz onun rəhbərliyi ilə 1995-ci ildə Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası yaradıldı. Partiyamızın Qadınlar Şurasının ilk sədri kimi Səriyyə xanım öz fəaliyyəti, mübarizliyi və Heydər Əliyev yolunda fədakarlığı ilə partiyamızın qadınlarına nümunə göstərib. Onun rəhbərliyi dövründə YAP Qadınlar Şurası böyük inkişaf yolu keçərək kəmiyyət və keyfiyyət baxımından xeyli güclənib.
Bu gün də YAP Qadınlar Şurasının fəaliyyətinin əsasında dövlətçiliyimizə xidmət dayanır. YAP Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında öz fəaliyyətini davam etdirir. Bu gün YAP-ın sıralarında 700 mindən çox insan birləşib və bu, böyük bir ordudur. Bu ordunun sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Bu gün yüz minlərlə insanı öz ətrafında birləşdirən partiyamızın sıralarında elm xadimləri, həkimlər, müəllimlər, bütövlükdə cəmiyyətimizdə böyük nüfuzu ilə tanınan qadınlar təmsil olunurlar. Buna paralel olaraq hər il çoxsaylı vətənpərvər və ziyalı qadınlarımız YAP Qadınlar Şurasının sıralarına daxil olurlar.
Yanvarın 14-də YAP Qadınlar Şurasının ilk sədri, Prezident təqaüdçüsü Səriyyə Əbülhəsənovanın 85 yaşı tamam olub. Cəmiyyətimiz Səriyyə xanımı Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə sadiq şəxs, əqidəsindən dönməz və mübariz bir insan kimi tanıyır. Onun Ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət ruhunda köklənmiş fəaliyyəti və prinsipial mövqeyi Yeni Azərbaycan Partiyasının bütün üzvləri, o cümlədən qadınlarımız tərəfindən hər zaman böyük rəğbətlə qarşılanır. Bu gün də YAP Qadınlar Şurasının İdarə Heyətinin və Şurasının üzvü kimi, Səriyyə Əbülhəsənova ictimai-siyasi fəaliyyətini davam etdirir.
Səriyyə xanımı 85 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayırıq!
Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

