AHİK-in dövlət təltiflərinə layiq görülən fəallarına mükafatlar təqdim olunub
17.02.2018 [10:01]
Dövlət təltiflərinə layiq görülən həmkarlar ittifaqları fəallarına fevralın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mükafatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbiri AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şuranın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb. O bildirib ki, həmkarlar təşkilatları da dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq ölkədə aparılan sosialyönümlü siyasətə dəstək verir, əmək kollektivlərində öz işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırırlar.
Konfederasiya sədri hazırda 1,5 milyona yaxın üzvü birləşdirən və Azərbaycanda ən böyük ictimai təşkilat olan AHİK-in fəaliyyət göstərdiyi 25 il ərzində qurumun inkişafında xidmətləri olan insanlara minnətdarlığını ifadə edib. Bildirib ki, belə insanlar arasında, ilk növbədə, Ulu öndərimiz Heydər Əliyevin adını xüsusi qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyev vətəndaşların qanuni mənafelərinin, əmək hüquqlarının qorunmasında, sosial problemlərinin həllində mühüm rol oynayan həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini həmişə yüksək qiymətləndirib.
Səttar Möhbalıyev məlumat verib ki, AHİK-in V qurultayı və Konfederasiyanın 25 illik yubileyi ərəfəsində həmkarlar ittifaqları təşkilatlarının 114 üzvü fəxri adlarla təltif olunub. Onlardan 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 4 nəfər “Əməkdar Həkim”, 4 nəfər “Əməkdar Mədəniyyət İşçisi”, 3 nəfər “Əməkdar Müəllim”, 1 nəfər “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına, 98 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
AHİK sədri deyib ki, bundan əvvəl də belə sərəncamlar imzalanıb. Təltif olunanların sayı ümumilikdə 344-ə çatıb. Onlardan 213-ü ötən hesabat dövrünə aid olub. Bu yüksək diqqətə görə AHİK-in üzvləri adından dərin minnətdarlığını bildirən S.Möhbalıyev Konfederasiyanın bu etimadı layiqincə doğruldaraq mühüm uğurlar qazandığını və bundan sonra da qazanacağını bildirib.
Sonra dövlət təltiflərinə layiq görülənlərə mükafatlar təqdim olunub.
Təltif olunanlar adından çıxış edənlər dövlətimizin diqqət və qayğısını hər zaman hiss etdiklərini bildirib, fəxri adlara layiq görülmələrinin onlar üçün böyük mənəvi dəstək olduğunu deyiblər.
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

