/ / Bakı Slavyan Universitetində “Azərbaycan və Belarus ali təhsilinin beynəlmiləlləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı Slavyan Universitetində “Azərbaycan və Belarus ali təhsilinin beynəlmiləlləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib
07.03.2018 [09:49]
Martın 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanda Belarus Təhsil Günləri çərçivəsində “Azərbaycan və Belarus ali təhsilinin beynəlmiləlləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə BSU-nun foyesində Azərbaycanın milli adət-ənənələrinə uyğun, duz-çörəklə qarşılanan qonaqlar tələbələrin hazırladıqları konsert proqramına baxıblar.
Sonra BSU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyət mərkəzi ilə tanış olan qonaqlar burada Belarus xalqının keçdiyi tarixi yolu, Azərbaycan-Belarus əlaqələrinin inkişaf mərhələlərini, milli-etnoqrafik xüsusiyyətlərini əks etdirən slaydları izləyiblər.
Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağı ilə Belarus universitetləri arasında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri barədə məlumat verib. Azərbaycan-Belarus əlaqələrinin tarixinə toxunan rektor hər iki ölkənin daim qarşılıqlı etimad və ehtirama əsaslanan əməkdaşlığı barədə tarixi faktları diqqətə çatdırıb. Vurğulanıb ki, Sovet İttifaqı dağıldıqdan sonra Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində hər iki keçmiş sovet respublikası müstəqil dövlət kimi bir-birinə daha da yaxınlaşıb. Belarus Prezidenti Aleksandr Lukaşenkonun vaxtilə BSU-da olduğunu xatırladan N.Əliyeva hazırda rəhbərlik etdiyi ali təhsil ocağında Belarus dili və mədəniyyət mərkəzinin, Belarusun bir çox universitetlərində isə Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini deyib. Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə yönəlib.
Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) rektoru, professor Aleksandr Juk “Belarus və Azərbaycan dilləri Belarus və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsi amili kimi” mövzusunda məruzə ilə çıxış edib. Rektor ölkələrimiz arasındakı əlaqələrin bundan sonra daha da intensiv xarakter alacağına əminliyini bildirib. Universitetlərimiz arasında müəllim-tələbə mübadiləsinin, birgə elmi-pedaqoji layihələrin həyata keçirilməsi barədə məlumat verən A.Juk rəhbərlik etdiyi ali təhsil ocağında çalışan azərbaycanlı alimlərin fəaliyyətini yüksək dəyərləndirib.
Sonra Pavel Suxoy adına Qomel Dövlət Texniki Universitetinin prorektoru Aleksandr Sıçevin “Elmi tədqiqatların beynəlmiləlləşdirilməsi”, Fransisko Skorin adına Qomel Dövlət Universitetinin prorektoru Yuri Nikityukun “Fransiska Skorin adına Qomel Dövlət Universitetinin nümunəsində ali təhsilin beynəlmiləlləşməsi kontekstində fasiləsiz təhsil”, BSU-nun prorektoru Telman Cəfərovun “Azərbaycan-Belarus ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi və inteqrasiyası prosesinin imkanları”, Yanka Kupala adına Qrodnı Dövlət Universitetinin prorektoru Yuri Belıxın “Təhsil müəssisələrində xarici tələbələrin adaptasiyası”, BSU-nun multikulturalizm kafedrasının müəllimi Maya Cəfərquliyevanın “Multikulturalizm Azərbaycanın ali təhsil müəssisələrində tədris prosesinin komponenti kimi” mövzularında məruzələri dinlənilib.
Daha sonra BSU-nun müəllimi, professor Rəhilə Quliyeva Azərbaycan və Belarus xalqlarının ümumi milli mənəvi dəyərlərindən danışıb. O, birləşdirici ortaq cəhətlərdən biri kimi hər iki xalqın baharla bağlı bayramlarının analoji xüsusiyyətləri barədə məlumat verib.
Sonda BSU ilə BDPU arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

