/ / Vyetnamın Honq Banq Beynəlxalq Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mühazirə oxunub
Vyetnamın Honq Banq Beynəlxalq Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mühazirə oxunub
10.04.2018 [09:40]
Vyetnamın Xo Şi Min şəhərindəki Honq Banq Beynəlxalq Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə əlaqədar mühazirə təşkil edilib.
Azərbaycanın Vyetnamdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, universitetin professor və müəllim heyətinin, tələbələrin iştirak etdikləri mühazirədə səfir Anar İmanov AXC-nin yaradılması, tarixi, xalqımızın dövlətçilik ənənələrinin bərpasında rolu barədə danışıb. O, Azərbaycan tarixində ilk parlament respublikası olan Xalq Cümhuriyyətinin, həm də bütün Şərqdə, o cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu diqqətə çatdırıb.
Xalq Cümhuriyyətinin insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində gördüyü işlərdən danışan səfir, AXC-nin bir çox Avropa ölkəsindən öncə qadınlara seçki hüququnu tanıdığını bildirib.
Səfir A.İmanov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının istiqlaliyyət mübarizəsinin məntiqi yekunu idi. AXC-nin öz dövlət atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar haqqında tədbir iştirakçılarına məlumat verən diplomat bildirib ki, cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olub.
Səfir A.İmanov Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan tarixinə böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğunu xüsusi vurğulayaraq deyib ki, xalqımız tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradaraq AXC-nin ideallarını davam etdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran əsas təhdidlərdən birinin erməni terrorçuluğu və separatçılığı olduğunu bildirən A.İmanov, ötən əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdikləri etnik təmizləmə barədə danışaraq, həmin təhdidlərin müasir dövrdə də mövcud olduğunu diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək deyib ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, bununla onların bütün fundamental insan hüquq və azadlıqları pozulub. Bildirilib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mötəbər təşkilatların qəbul etdiyi mühüm qərar və qətnamələrin tələblərini yerinə yetirmir.
Mühazirə zamanı Azərbaycan-Vyetnam əlaqələrindən danışan səfir, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri əsasında müasir dövrdə ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Əlaqələrimizin yüksək səviyyədə olmasının bariz təzahürü olan dövlət başçılarının qarşılıqlı səfərləri həm də ölkələrimiz arasında siyasi etimadı daha da gücləndirməklə, münasibətlərimizin tarixində yeni səhifə açıb.
Səfir təhsil sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edərək, Sovet İttifaqı dövründə minlərlə vyetnamlının Azərbaycanın ali təhsil ocaqlarında oxuduğunu söyləyib.
Mühazirə zamanı Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı foto və video materiallar nümayiş etdirilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 13 min tələbəsi olan Honq Banq Beynəlxalq Universiteti Vyetnamda beynəlxalq münasibətlər sahəsində mütəxəssislər hazırlayan əsas təhsil ocaqlarından biridir.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

