Tbilisidə azərbaycanlıların soyqırımına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
27.04.2018 [09:27]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə Tbilisidə “Soyqırımı hadisələri müasir elmi araşdırmalarda” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfrans Azərbaycan Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı çərçivəsində təşkil olunub.
Tədbirdən əvvəl konfrans iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu öndərin büstünü ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Muzeyin direktoru Leyla Əliyeva tədbiri açaraq 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyalar barədə məlumat verib.
Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək 100 il əvvəl - 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilən dəhşətli faciə haqqında danışıb. Diplomat Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyini, yaşayış məntəqələrinin dağıdıldığını, mədəniyyət abidələri, məscid və qəbiristanlıqların yerlə-yeksan edildiyini diqqətə çatdırıb. Bildirilib ki, həmin günlərdə daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıq nümayiş etdirib, azğınlaşan erməni millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar törədiblər.
D.Həsənov 31 mart soyqırımına Ulu öndər Heydər Əliyevin səyi nəticəsində müstəqillik illərində hüquqi-siyasi qiymət verildiyini, Ümummilli liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Sərəncamı ilə dünyanın bir çox ölkəsində soyqırımı qurbanlarının xatirəsinin anıldığını, mövzu ilə əlaqədar elmi-praktiki konfrans və digər tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova fondun icraçı direktoru Oktay Səmədovun konfrans iştirakçılarına ünvanladığı məktubu səsləndirib.
Sonra Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgen çıxış edərək ermənilərin türklərə, azərbaycanlılara, gürcülərə qarşı törətdiyi təxribatlardan danışıb. Səfir Tbilisidə Gürcüstanın elm xadimlərinin də dəstəyi ilə belə bir tədbirin təşkilini yüksək qiymətləndirib. Bunun dostluğumuzun bariz nümunəsi olduğunu bildirib.
Gürcüstan Milli Akademiyasının prezidenti Qeorqi Kvesitadze çıxışında bu cür tədbirlərin təşkilinin vacibliyini vurğulayıb, tədbiri yüksək qiymətləndirib, konfransın işinə uğurlar arzulayıb.
Çeçenistan Respublikası Yazıçılar Birliyinin sədri Kanta İbraqimov azərbaycanlıların soyqırımı ilə bağlı fikirlərini bölüşüb, azərbaycanlıların sülhsevər olduğunu diqqətə çatdırıb.
Tədbirdə məruzələrlə çıxış edən natiqlər ermənilərin törətdikləri soyqırımı ilə bağlı bir sıra mühüm faktlar səsləndiriblər.
Müzakirələrdən sonra Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə soyqırımı həqiqətlərini özündə əks etdirən elmi-kütləvi ədəbiyyat nümunələri hədiyyə edilib.
Tədbirdə Türkiyənin Gürcüstandakı səfirliyinin, Gürcüstanın Milli Elmlər Akademiyasının, eləcə də ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31

