Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub
09.06.2018 [08:57]
İyunun 8-də “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının sərgisinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov “LİBRAFF Park Akademiya” kitab mağazasının açılmasının Azərbaycanda kitab ticarətini inkişaf etdirməklə bərabər, ədəbiyyatın və mütaliənin təbliğatı missiyasını daşıdığını bildirib. “Bu kitab mağazası Milli Elmlər Akademiyasının, bir sıra böyük təhsil ocaqlarının yerləşdiyi ərazidə fəaliyyət göstərəcək. Yəni, tələbələr çox rahatlıqla bu kitabxananın xidmətlərindən istifadə edə biləcəklər. Ümid edirəm ki, bu kitab mağazası oxucuların, o cümlədən tələbələrin ən sevimli məkanlarından birinə çevriləcək. Oxucular burada dünyanın ən görkəmli nəşriyyatlarının nəşrləri, müasir poliqrafiyanın son nailiyyətləri ilə tanış ola biləcək. Bununla da “LİBRAFF Park Akademiya” elmi-mədəni və kitab mərkəzi kimi formalaşacaq” ,- deyə TEAS-ın sədri vurğulayıb.
“LİBRAFF”ın yaranması yolunda “TEAS Press” Nəşriyyat Evinin mühüm rol oynadığını qeyd edən Tale Heydərov bildirib ki, “TEAS Press”, “3 alma” və “Yay” markaları ilə çıxan kitablar artıq oxucuların sevimli nəşriyyat brendlərinə çevrilib. Həmin kitablar təkcə ölkə daxilində deyil, xaricdə də oxucular tərəfindən böyük rəğbət qazanıb.
Bu gün, həmçinin Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının da təqdimatı təşkil edilib. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Azərbaycan Avropa Cəmiyyəti də bu tarixi hadisəyə öz töhfəsini verməyə çalışır. Belə ki, Cəmiyyət tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kitablar nəşr edilir. Onların içərisində Türkiyə Respublikasının Osmanlı dövrü arxivləri və mətbuatından toplanmış sənəd və materiallardan ibarət 4 toplu mühüm yer tutur. Həmçinin 1923-1927-ci illərdə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi və redaktorluğu ilə İstanbulda çıxmış “Yeni Kafkasiya” dərgisinin bütün saylarını əhatə edən dörd cildlik də bu gün burada nümayiş etdirilir.
“LİBRAFF” kitab mağazasının açılmasının Azərbaycan ədəbiyyatı və oxucular üçün böyük töhfə olduğunu bildirən mədəniyyət nazirinin müavini Vaqif Əliyev belə bir kitabxananın yaradılmasında zəhməti olan hər kəsi və oxucuları təbrik edib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində belə bir kitabxananın açılmasının təqdirəlayiq hal olduğunu qeyd edən nazir müavini deyib ki, Azərbaycan Xalq Cümhuriyyətində də elmə, təhsilə, maariflənməyə böyük önəm verilirdi.
“Bu kitab mağazasının açılması Azərbaycanda elmə, təhsilə marağın göstəricisidir. Azərbaycanda kitaba hər zaman diqqət olub. Kitab bizə bir sərvət olaraq miras qalıb. “Avesta”, “Kitabi-Dədə Qorqud” kimi ədəbiyyat nümunələrimiz Azərbaycan xalqının ta qədimdən başlayaraq belə gözəl əsərlər yaratdığını sübut edir”, - Vaqif Əliyev vurğulayıb.
Hər bir xalqın parlaq gələcəyində kitabın rolunu qeyd edən Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev deyib: “Əgər bir xalq inkişaf etmirsə, o xalqın gələcəyi yoxdur və heç nəyə də nail ola bilməz. Kitablarımız dünyada nə qədər çox tanınsa, bizi də o qədər çox tanıyacaqlar. Yazıçı xalqın ədəbiyyatda vəkilidir. O, xalqı təmsil edir. Əgər sən Azərbaycan yazıçısısansa və öz xalqını müdafiə etmirsənsə, bəs onda bunu kim etməlidir? Əlbəttə, sən etməlisən. Azərbaycan yazıçısı xalqının tərəfində olmalıdır”.
Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri professor Kərim Şükürov bildirib ki, bu gün “LİBRAFF” kitab mağazaları şəbəkəsinin açılması ölkəmizin sosial-mədəni həyatında mühüm hadisələrdəndir. Azərbaycanda kitabı çox oxuyanlar haqqında belə deyirlər ki, o, kitabla danışır. Bu gözəl məkana gələnlərin hər biri yüzlərlə yeni kitabla tanış olacaq. Onlar burada kitablarla danışmaq imkanı əldə edəcəklər. O bildirib ki, qədim zamanlardan həmişə kitaba dərin diqqət olub. 1300 illiyini dünyada təntənə ilə qeyd etdiyimiz “Kitabi-Dədə Qorqud” dastanı göstərir ki, bizim kitabçılıq mədəniyyətimizin böyük tarixi var.
Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, bu gün Azərbaycanın mədəni, ictimai həyatında önəmli bir gündür. Bu kitab mağazası həm məkanına, həm də tərtibatına görə gözəldir. Buradakı kitablar poliqrafiyasına görə də xüsusilə fərqlənir. Bu kitabların Azərbaycanda nəşr edilməsi ölkəmizdə yeni poliqrafiya mədəniyyətini formalaşdırır. Bu, poliqrafiya işində bizim üçün yeni bir səhifədir.
Mərasim bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, 2017-ci ildə yaradılmış “LİBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LİBRAFF” kitab mağazaları paytaxtımızın əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.
“LİBRAFF” Azərbaycan, rus, ingilis, türk və digər dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir. Mağazalarda yerli və aparıcı dünya nəşriyyatlarının klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin fərdi inkişafına istiqamətlənmiş əyləncə və oxu materialları təqdim olunur. Mövzu zənginliyi, çap və kağız keyfiyyəti ilə bu kitablar uzun illər şəxsi kitabxanaların ayrılmaz hissəsi olacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

