/ / Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsindən məzun olan dövlət qulluqçularına diplomlar verilib
Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsindən məzun olan dövlət qulluqçularına diplomlar verilib
07.07.2018 [09:38]
Prezident İlham Əliyevin 2017-ci il 22 sentyabr tarixli Fərmanına əsasən, dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi kimi fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyasında (DİA) 2017-2018-ci tədris ilində təhsilin magistratura pilləsindən məzun olan dövlət qulluqçularına diplomların təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, akademiyada fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə keçirilən tədbirdə rektor, akademik Urxan Ələkbərov məzunları təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.
Respublikamızda dövlət qulluğunun təkmilləşdirilməsi prosesinin uğurlu nəticələrindən danışan akademik XXI əsrin prioriteti hesab edilən davamlı inkişafın idarə olunması sahəsində Azərbaycanın qazandığı nailiyyətlərdən söz açıb. Bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəçilik texnologiyalarının dayandığını söyləyən U.Ələkbərov strategiyanın reallaşmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov təhsilin magistratura pilləsini müvəffəqiyyətlə başa vuran dövlət qulluqçularını təbrik edib.
Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən S.İsmayılov ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Dövlət idarəçiliyi üçün milli kadr potensialının formalaşdırılmasının müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən S.İsmayılov dövlət qulluğu sisteminin inkişafı, bu sahədə hüquqi bazanın tənzimlənməsi məsələlərini dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığını xüsusi vurğulayıb.
Şöbə müdiri diqqətə çatdırıb ki, Prezident İlham Əliyev dövlət quruculuğu məsələləri ilə bağlı son 5 il 6 ayda 430-dan çox Fərman və sərəncam imzalayıb. Bu gün təxminən 29 min nəfər dövlət qulluğunda çalışır. Onların 28 faizi qadınlardır. Dövlət qulluqçuları əhalinin məşğulluğunun 0,6 faizini təşkil edir.
Sonra məzunlara diplomlar təqdim olunub.
Prezident Administrasiyasının əməkdaşı Kamal Məmmədov məzunlar adından çıxış edərək DİA-da qazandıqları bilik və bacarıqlar üçün akademiyanın rəhbərliyinə, müəllimlərinə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu gün DİA-dan məzun olanlar respublikamızın müxtəlif dövlət orqanlarında çalışırlar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

