Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

25.07.2018 [09:39]

İyulun 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Komitə sədrinin müavinləri, şöbə və departament müdirləri iştirak ediblər.
Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.
Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31