Rəna Əliyeva: Azərbaycanın tanınmış beyin cərrahı olmaq istəyirəm
07.08.2018 [09:06]
Azərbaycanda təhsilə, elmə göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Elə Dövlət İmtahan Mərkəzinin (DİM) ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri də deyilənləri təsdiqləyir. Belə ki, 2018-2019-cu tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) və ikinci (yay) qəbul imtahanları başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq ixtisas seçimi etməyə başlayıblar. Xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Elə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunu Rəna Əliyeva da həmin rekordçular siyahısına adını yazdıranlardan biridir. IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentimizin sözlərinə görə, bu uğurunu soyuqqanlı və qətiyyətli olmağına borcludur: “700 bal toplamaq əslində, şans işidir. Bir-iki suala yanlış cavab verib 690 bal toplayan abituriyentlərimiz çoxdur. Sadəcə diqqətsizlik ucbatından səhv edə bilərlər. Məsələyə bir az soyuqqanlı yanaşsaq, hər şey yaxşı olar. Elə soyuqqanlı olmağım suallara daha diqqətlə yanaşmağıma səbəb oldu. Bununla da 700 bal toplaya bildim. Müəllim səni sadəcə yönləndirə və dərs barədə vacib nüansları bildirə bilər. Sən öz qarşına məqsəd qoyduqdan sonra buna özün nail olmalısan”.
Rəna gələcəkdə tanınmış qadın cərrah olmaq istədiyini deyir: “Məktəb vaxtı bütün fənləri yaxşı oxumuşam. İxtisas fənlərimdir deyə sırf biologiya və ya kimyaya üstünlük verməmişəm. Amma 10-cu sinifdən dedim ki, mən həkim olmaq istəyirəm. Valideynlərim də qərarımı dəstəklədilər. Gələcəkdə təhsilimi Almaniyada davam etdirməyi düşünürəm. Bunun üçün tələbəlik illərimdə alman dilini mükəmməl öyrənməyi qarşıma məqsəd qoymuşam. Azərbaycanın tanınmış beyin cərrahı olmaq istəyirəm. Çətinliklərin fərqindəyəm, amma bu gücü özümdə görürəm. Həkimliyə çox böyük istəklə, arzuyla bağlıyam”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

