Qubalı bağban: Bir hektara 2500 alma tingi əkir, hektardan 60-70 ton məhsul götürürük
03.10.2018 [08:37]
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Qubanın alma bağları üçün Fransadan gətirilmiş tinglər özünü doğruldub. Bu sortlar məhsuldarlığı ilə seçilir.
Rayonun Dəlləkli kəndində yerləşən “D-Fruits” MMC-nin nümayəndəsi Şahin Məmmədov AZƏRTAC-a bildirib ki, bu sortların ən üstün cəhəti tez bar verməsidir.
Şahin Məmmədov 10 ilə yaxındır ki, “D-Fruits” MMC-də işləyir. Təsərrüfatda alma bağları üçün tinglər Fransadan gətirilib. Çox məhsuldar sortlardır, artıq ikinci ildir bar verir. Təsərrüfatdakı bağlar avtomatik suvarma sistemi ilə təchiz edilib, suvarmada damcı sistemindən istifadə olunur.
Qubalı bağban bağlarda məhsul yığımı zamanı müasir texnologiyalardan istifadə edildiyini deyir: “Meyvə yığımı ən müasir texnologiya - kombayn vasitəsilə həyata keçirilir. Kombayn ilə yığıma bir qrup işçi cəlb olunur və ən müasir texnika vasitəsilə meyvələr tez, itkisiz və heç bir fiziki zədə almadan çeşidlənərək səbətlərə yığılır. Yığım avqust ayının 15-dən başlayaraq noyabrın 20-dək davam edir. Şirkətimizdə 1 hektar alma bağına 2 min 500-2 min 700 alma tingi əkilir, ancaq yerli sortlar əkildiyi təqdirdə 500 tingdən istifadə olunur. Xarici sortlardan bir ağacdan 20-30 kiloqram, bir hektardan isə 60-70 ton meyvə yığılır”.
Şahin Məmmədov fermerlərə bağlarda aqrotexniki qulluq qaydalarına dəqiq riayət etməyi məsləhət görür: “Fermerlərə məsləhət görərdim ki, alma bağlarında ən əsas budaqların bağlanmasına, budanmasına, bundan əlavə, suvarma və gübrənin verilməsinə daha çox diqqət yetirsinlər. Bu aqrotexniki şərtləri yerinə yetirməklə fermerlərimiz yüksək məhsul əldə edə bilərlər. Alma çox faydalı meyvədir, bizim Quba rayonunda almaya “cənnət” meyvəsi deyərlər”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

