/ / Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
20.10.2018 [10:17]
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də infrastruktur, təhsil və bacarıqlar kimi indikatorlar üzrə mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hesabatda ölkəmiz 140 ölkə arasında “rəqəmsal bacarıqlar” alt-indikatoru üzrə 15-ci, “orta təhsil illəri” alt-indikatoru üzrə 50-ci, “kadr hazırlığının yaxşılaşdırılması” alt-indikatoru üzrə 56-cı, “məzunların bacarıqları” alt-indikatoru üzrə 32-ci, “ixtisaslı işçilərə asan əlçatanlılıq” alt-indikatoruna görə 31-ci, “ibtidai təhsildə şagird-müəllim nisbəti” alt-indikatoru üzrə 48-ci, “tədrisdə tənqidi düşüncə” alt-indikatoru üzrə isə 27-ci yerdə qərarlaşıb.
Hesabatın “bacarıqlar” indikatoruna bu il daxil edilən peşə təhsilinin keyfiyyəti alt-indikatoru üzrə Azərbaycan dünyanın 140 ölkəsi arasında 49-cu yeri tutub. Hesabatda peşə təhsilinin keyfiyyəti üzrə Rusiya 67-ci, Ermənistan 85-ci, Qazaxıstan 92-ci, Gürcüstan 131-ci, Türkiyə isə 132-ci yerdə qərarlaşıb. Bu, son illərdə təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində aparılan uğurlu işlərin beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənən statistik göstəricisidir.
Xatırladaq ki, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı-2018” yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Əvvəlki illərdən fərqli olaraq, hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun (infrastruktur, İKT, makroiqtisadi sabitlik, sağlamlıq, bacarıqlar, əmək bazarı, əmtəə bazarı, maliyyə sistemi, biznesin dinamikliyi, innovasiya və s.) 70 faizi tamamilə yenidir.
Azərbaycan hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla, 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19

