Diasporla İş üzrə Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib
24.10.2018 [09:05]
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı İrek Şaripov ilə görüş keçirilib. Komitədən verilən məlumata görə, görüşdə Tatarıstandakı Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı tatar icmasının fəaliyyəti və bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Görüşdə komitə sədri Fuad Muradov qurumun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, Rusiya Federasiyasında yaşayan soydaşlarımızla və diaspor təşkilatları ilə birgə iş komitənin diqqət mərkəzindədir. Komitə sədri soydaşlarımızın milli kimliyini qoruyaraq yerli cəmiyyətə inteqrasiyasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.
Daha sonra görüşdə İrek Şaripov Tatarıstandakı Azərbaycan diasporunun uğurlu fəaliyyəti, icma üzvlərinin respublikanın ictimai-siyasi və mədəni həyatındakı iştirakı, o cümlədən qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr haqqında geniş söhbət açıb. O qeyd edib ki, Azərbaycan diasporunun təşəbbüsü ilə görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun adı Kazan şəhərinin küçələrindən birinə verilib və büstü qoyulub. Bundan başqa, dünya şöhrətli alim Kazan universitetinin ordinar professoru Mirzə Kazımbəyin xatirəsi əbədiləşdirilib.
Eyni zamanda, türkdilli xalqların diasporlarının əməkdaşlığı çərçivəsində Azərbaycan-Tatarıstan əlaqələrinin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Sonda xatirə hədiyyələri təqdim olunub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxFormula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
Elm
23 Sentyabr 10:30
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53

