Dini radikalizmlə mübarizə ilə bağlı Salyanda keçirilən seminar-müşavirə başa çatıb
14.11.2018 [09:56]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusundakı ikigünlük seminar-müşavirə noyabrın 13-də öz işini davam etdirib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Salyan RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev bildirib ki, dini radikalizm və xurafat bütün cəmiyyət üçün təhlükəlidir. O, eyni zamanda, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirlərinin mühüm rola malik olduğunu deyib. A.Babayev onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən bəhs edib.
S.Salahlı bildirib ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri dostluq, sülh şəraitində yaşayırlar. Sədrin birinci müavini Azərbaycandakı dinlər və icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı onu da qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd Azərbaycan xalqının zəngin multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda, dini radikalizm və ekstremizmlə mübarizədir. O deyib ki, dünyada dinlərarası və məzhəblərarası münaqişələrin baş verdiyi dövrdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir.
Səyyad Salahlı dini radikalizmin yaranma səbəbləri, fəsadları, təbliğat metodları və ona qarşı mübarizə üsullarından danışıb. Qeyd edib ki, dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və dini biliklərin az olmasıdır. Buna görə də radikalizmə qarşı mübarizədə birinci növbədə dini maarifləndirmə işinə önəm vermək lazımdır.
Daha sonra çıxış edən DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikalizm və ekstremizmin cəmiyyət üçün təhlükələrindən danışıb. C.Əlifzadə radikalizm və ekstremizmin yayılması və gəncləri öz təsiri altına almasının qarşısının alınması üçün dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkib, İslamın insanlara düzgün şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

