Qaçqın və məcburi köçkünlərin məşkunlaşdığı binada dezinfeksiya işləri aparılıb
07.12.2018 [10:07]
Məlum olduğu kimi, sosial dövlət olan Azərbaycanda ölkə vətəndaşlarının problemlərinin həlli, onların sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır. Eyni zamanda, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər də ardıcıllıqla davam etdirilir. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə meydana çıxan hansısa problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür. O cümlədən bu kateqoriyadan olan insanların müvəqqəti məskunlaşdıqları binalarda yoluxucu xəstəliklərə və gəmiricilərə qarşı müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, M.Qəmbərov adına 5 saylı uşaq poliklinikasının pediatrı Könül Əliyevanın “Yeni Azərbaycan” qəzetinin redaksiyasına müraciəti əsasında Bakı şəhəri Tbilisi prospektində 3/66 ünvanında yerləşən qaçqın və məcburi köçkünlərin məşkunlaşdığı binaya aidiyyəti qurumlar tərəfindən baxış keçirilib və zəruri tədbirlər görülüb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru vəzifəsini icra edən İmran Abdullayevin qəzetimizə verdiyi məlumata görə, sözügedən 8 mərtəbəli binada zirzəmi də daxil olmaqla, yoluxucu xəstəliklərə və gəmiricilərə qarşı dezinfeksiya işləri aparılıb. Proses “Bakı şəhər Dezinfeksiya stansiyasının Səbail rayonlararası bölməsi” MMC tərəfindən həyata keçirilib.
Bu isə istər həmin binada məskunlaşan qaçqın və məcburi köçkünlər, istərsə də məsələ ilə bağlı qəzetimizə müraciət edən Könül Əliyeva tərəfindən razılıqla qarşılanıb. Həmin razılıq hissi ilə yenə də qəzetimizə üz tutan K.Əliyeva “M.Qəmbərov adına 5 saylı uşaq poliklinikasında pediatr kimi fəaliyyət göstərirəm. Qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı həmin binadan çoxsaylı pasiyentlərim tərəfindən müraciətlər daxil olurdu. Bir pediatr kimi buna biganə qala bilmədim. Bu məqsədlə də “Yeni Azərbaycan” qəzetinə müraciət etdim. Hər zaman biz gənclərin uğurlarını işıqlandıran doğma qəzetimiz sayəsində aidiyyəti qurumlar məsələni diqqətə götürdü. Bir gün içində briqada təşkil edildi və həmin yaşayış binasında zəruri tədbirlər görüldü, dezinfeksiya işləri aparıldı. Göstərilən diqqətə görə sakinlər və öz adımdan minnətdarlığımı bildirirəm”, - deyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

