“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin icrası başa çatıb
10.12.2018 [12:13]
“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Azərbaycan İntellektual Birİncisi” layihəsinin üçüncü mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, layihənin sonuncu günündə - dekabrın 8-də ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan final mərhələsi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.
İctimai Birliyin sədri Mirhəsən Seyidov “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsinin əksini tapdığını vurğulayıb. “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Dövlət Proqramına uyğun olaraq həyata keçirildiyini vurğulayan M.Seyidov diqqətə çatdırıb ki, ölkəmizin bütün regionlarını əhatə edən layihənin məqsədi gənclərimizin maarifləndirilməsi və onların intellektual potensiallarının qiymətləndirilməsi olub.
Sonra layihə çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən layihə çərçivəsində dörd intellektual oyun - “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” üzrə 11 regionda keçirilən yarışlarda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1500-ə yaxın gənc iştirak edib. Layihə iki mərhələdən ibarət olub. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilib. Bu mərhələdə zona turnirlərinin qalibləri mübarizə aparıblar.
Layihənin yekununda “Vətəni tanı” oyunu üzrə Xətai, “Axtar tap” oyununun nəticələrinə görə Naxçıvan gəncləri qalib adını qazanıblar. “Nə, harada, nə zaman?” oyunu üzrə Abşeron, “Xəmsə” oyunu üzrə isə Abşeron rayonunun gənc intellektualları qalib elan olunublar.
Qalib komandalar medallar, şəhadətnamələr və hədiyyələrlə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50

