“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub
11.12.2018 [09:50]
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” adlı kitabının təqdimatı olub. Kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov əsas prioritetləri Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün Prezident İlham Əliyevin siyasi iradəsi ilə balanslaşdırılan enerji siyasətinin uğurlarını qeyd edib. O, “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının Xəzərin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.
Akademik bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan balanslaşdırılmış enerji siyasəti kursunun həm də enerji təhlükəsizliyi baxımından təhlili məsələləri, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar prosesi, xəzəryanı dövlətlərin münasibətləri, əldə edilən nəticələrin təhlili tədqiqatın başlıca məqsəd və vəzifələri sırasındadır. Elmi-praktiki əhəmiyyətə malik yeni nəşrdə xəzəryanı ölkələrin regional maraqlarının analitik təhlili aparılıb.
Kitabın rəyçilərindən olan Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib ki, elmi-tədqiqat əsərində enerji resurslarının mühüm siyasi çəkiyə malik olduğu göstərilib. Bir zamanlar fövqəldövlət anlayışı nüvə silahına sahib olmaqla müəyyənləşdirilirdi. Bu gün isə bu, enerji resurslarına malik olmaqla təyin olunur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını deyən E.Nəsirov vurğulayıb ki, ölkəmiz köhnə qitə üçün enerji mənbəyidir. Azərbaycanın bu cür önəmli yerə sahib olması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu regional enerji siyasəti ilə bağlıdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Xəzər dənizində sülh və əmin-amanlığı möhkəmləndirib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün enerji təhlükəsizliyinin mühüm önəm daşıdığını bildirib. O qeyd edib ki, müəllif kitabda enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini təhlil edib, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb. Kitabda dünyada baş verən münaqişələr kontekstində Xəzərin statusu ilə əlaqədar Xəzəryanı dövlətlər arasında əldə edilmiş konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyəti uğurla tədqiq edilib, hövzə dövlətləri arasında Azərbaycanın potensial imkanları və onun üstün cəhətləri sistemli şəkildə müqayisə olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, kitabda Xəzər ətrafında gedən siyasi proseslər düzgün təhlil olunub. “Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün strategiyanın nəticəsidir ki, ölkəmiz bu gün müstəqil siyasətə və iqtisadiyyata malikdir”, - deyən komitə sədri Azərbaycanın XXI əsrdə enerji və enerji təhlükəsizliyi məsələləri istiqamətində ən sabit ölkə olacağını, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan böyük layihələrin həm də regionu sabitlik diyarına çevirəcəyini bildirib.
Daha sonra filologiya üzrə elmlər doktoru Rövşən Məmmədov, “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, siyasi elmlər üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov çıxış edərək “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının aktuallığından danışıb, onun geniş oxucu kütləsi, eləcə də ekspertlər üçün vacib əhəmiyyət daşıdığını bildiriblər.
Sonda çıxış edən müəllif Rufiz Qonaqov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitab haqqında ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59

