Qətər və Livanın KİV əməkdaşları Qusarın görməli yerləri ilə tanış olublar
14.02.2019 [10:05]
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşları fevralın 13-də Qusar rayonunda olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İƏT Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovun, Qətərin “Qalf Tayms”, “Al-Arab”, “Lusail”, “Al-Raya”, “Peninsula”, “Al-Şarq”, həmçinin Livanın “Cümhuriyyə”, “Media Deyli Star” və “Cedarnyus” qəzetlərinin nümayəndələrinin Qusara səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Burada dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlükdə üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Qonaqlar yüksəklikdən Qusar şəhərinin panoramını seyr edib, xatirə şəkli çəkdiriblər.
Qətər və Livanın KİV əməkdaşları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi və rəsm qalereyası ilə tanış olublar.
Rayon icra hakimiyyətində keçirilən görüşdə Qusarın son dövrlərdə keçdiyi inkişaf yolundan danışılıb.
İcra hakimiyyətinin başçısı Şair Alxasov Qusarın tarixi, turizm imkanları, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Qonaqlar Qusar Mədəniyyət Sarayında azsaylı xalqların folkloru əsasında hazırlanmış proqramı izləyiblər.
Daha sonra xarici jurnalistlər Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində də olublar. Onlara buradakı otellər, turistlərə göstərilən xidmətlərin növləri və qiymətləri barədə ətraflı məlumat verilib.
KİV əməkdaşlarının diqqətinə çatdırılıb ki, “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanda, eləcə də Qafqaz regionunda ən böyük dağ-xizək kurortudur. Turizm mərkəzi qış həm də yay mövsümündə turistləri qəbul edir. Hazırda “Şahdağ” Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıdılması və buraya xarici turistlərin cəlb olunması məqsədilə bir sıra beynəlxalq turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur. Bunun nəticəsidir ki, hər il bu məkana xarici ölkələrdən on minlərlə turist gəlir.
Xəbər lenti
Hamısına baxDünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42

