/ / DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
17.07.2019 [09:35]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstəsi qoyulub.
Akademiyanın akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
DTX-nin rəisi, general-leytenant Əli Nağıyev çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə xidmətlərində müvəffəqiyyətlər arzulayaraq, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.
General-leytenant Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsini bitirən gənc zabitlərin əldə etdikləri mühüm bilikləri Vətənin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması uğrunda vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. O, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmalarının, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini şərəflə yerinə yetirmələrinin Heydər Əliyev vətənpərvərlik və peşəkarlıq məktəbinə, dövlətçilik mənafelərinin qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.
Azərbaycanda xüsusi xidmət orqanlarının ali təhsil müəssisəsinin yaradılması ideyasının Ulu Öndərə məxsus olduğunu qeyd edən general-leytenant Əli Nağıyev bildirib ki, təhlükəsizlik orqanlarının ixtisaslı, peşəkar kadrlarla təmin edilməsi və onların hazırlıq səviyyələrinin daim artırılması məsuliyyətli və prioritet vəzifədir.
DTX rəisi diqqətə çatdırıb ki, Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində bütün sahələrdə olduğu kimi, təhsil sistemində də aparılan islahatlar, kadr potensialının müasir tələblər səviyyəsinə uyğunlaşdırılması təlim-tədrisin keyfiyyət göstəricilərini durmadan yüksəldir. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elmə və təhsilə hərtərəfli diqqət və qayğısı nəticəsində ölkədə gənclərin müasir bilikləri mənimsəmələri və kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şərait yaradılıb. DTX-nin Heydər Əliyev adına Akademiyası da bu sırada öncül yerlərdən birini tutur.
Qeyd edilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının bir əsrlik tarixinin ən şərəfli və yaddaqalan dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır. Ümummilli Liderin amallarına, miras qoyduğu ənənələrə daim sadiq olan DTX-nin şəxsi heyəti bu məktəbin layiqli davamçısı adını doğrultmaq üçün bütün gücünü səfərbər edib. Dövlətimizin başçısı tərəfindən bütün dövlət qurumlarına, o cümlədən DTX-yə xüsusi qayğı göstərilir. Qurumun maddi-texniki təminatı möhkəmləndirilir, şəxsi heyətin əməliyyat-döyüş hazırlığının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.
General-leytenant Əli Nağıyev diqqətə çatdırıb ki, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, dayanıqlı iqtisadi tərəqqinin əsas təminatçısı olan sabitliyin və təhlükəsizliyin qorunmasında digər aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə yanaşı, DTX-nin də üzərinə böyük vəzifələr düşür: “Biz hamılıqla Ulu Öndərin bizə əmanət etdiyi, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə durmadan inkişaf edən və daha da qüdrətlənən Azərbaycan Respublikasına şərəflə xidmət etməli və dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq”.
Xidmət rəisi əminliklə bildirib ki, DTX-nin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün əmr və göstərişlərini bundan sonra da vaxtında və qətiyyətlə yerinə yetirəcəkdir.
Sonra general-leytenant Əli Nağıyev Akademiyanı fərqlənmə ilə bitirən gənc zabitlərə diplomları təqdim edib. Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.
Məzunların valideynləri Akademiyada yaradılan hərtərəfli şəraitə, kursantlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, övladlarının Vətənin təhlükəsizliyinin etibarlı müdafiəçiləri sırasında xidmətə başlamalarından qürur duyduqlarını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

