ABŞ yəhudi təşkilatlarının nümayəndələri Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
31.10.2019 [09:46]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 30-da ölkəmizdə səfərdə olan ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, sədr qonaqlara komitənin fəaliyyət istiqamətləri, eyni zamanda, Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmanlardır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Respublikada 35 qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını söyləyən Mübariz Qurbanlı yəhudiliyin Azərbaycanda qədim tarixə malik olduğunu vurğulayıb. Ölkəmizdə Dağ, Avropa və Gürcü yəhudi icmalarının, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edən sədr Azərbaycanda müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmalara dövlət tərəfindən maddi yardımın ayrılmasının ənənə halını aldığını diqqətə çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə edilən nailiyyətlərin, ictimai-siyasi həyatdakı sabitliyin dini sahədə də özünü göstərdiyini deyib.
Görüş zamanı nümayəndə heyətinin üzvlərinə Azərbaycan həqiqətləri barədə də danışan DQİDK sədri bildirib ki, 20 faiz torpaqlarımız ermənilər tərəfindən işğal olunub. Münaqişə nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini vurğulayan M.Qurbanlı bütün bunlara baxmayaraq, Bakıda erməni kilsəsinin qorunub saxlanıldığını deyib. Əlavə edib ki, təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir.
Amerika Yəhudi Komitəsində Rusiya və Avrasiya işləri üzrə direktor Samuel Kliger Azərbaycanın yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində ön sıralarda olduğunu qeyd edib.
Azərbaycanda yəhudi dini icmalarına, o cümlədən yəhudi irsinin qorunmasına göstərilən diqqət və qayğıya görə məmnunluğunu ifadə edən ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin koordinatoru Rafael Nektarov təmsil etdiyi qurum barədə məlumat verib. Təşkilatın fəaliyyətində daim Azərbaycanın mövqeyini dəstəklədiyini deyib.
Qonaqların çıxışlarında Azərbaycanın iqtisadi sahədə ciddi uğurlar qazanması, Bakı şəhərinin abadlığı və gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi olaraq vurğulanıb.
Qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin də müzakirə olunduğu görüşün sonunda nümayəndə heyətinin üzvlərinə komitənin ingilis dilində nəşr etdirdiyi, Azərbaycandakı dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

