II Azərbaycan Diabet Konqresi keçirilib
15.11.2019 [10:11]
Noyabrın 14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endokrinoloji Mərkəz, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti, Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə II Azərbaycan Diabet Konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, Bakı şəhərinin baş endokrinoloqu Valeh Mirzəzadə noyabrın 14-də Dünya Diabetlə Mübarizə Gününün qeyd olunduğunu diqqətə çatdırıb: “Bu gün bütün dünyada mütəxəssislər diabetlə mübarizənin yollarını müzakirə etmək üçün bir araya gəlirlər. Həmin məqsədlə ölkəmizdə təşkil olunmuş konqresdə təcrübələrini bölüşmək üçün yerli və xarici mütəxəssislər iştirak edirlər. Ümid edirəm ki, konqres şəkərli diabetin idarəetmə prosesini ümumiləşdirməyə və şəkərli diabet xəstələrinə göstərilən tibbi yardım xidmətlərini təkmilləşdirməyə imkan verəcək. Konqresdə pre-diabetlə mübarizə üsulları, onun normal vəziyyətdə saxlanılması, şəkərli diabetə keçməsinin qarşısının alınması da müzakirə ediləcək.
Hazırda Azərbaycanda dispanser qeydiyyatında 250 minə yaxın şəkərli diabet xəstəsi var. Lakin şəkərli diabetdən əziyyət çəkdiyindən xəbərsiz olan xəstələr də mövcuddur. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə 500 minə yaxın insan şəkərli diabetdən əziyyət çəkir”.
Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov bildirib ki, Heydər Əliyev Fondu ölkədə həyata keçirilən səhiyyə siyasətinə dəstək olaraq 2004-cü ildən “Diabetli uşaqlara xüsusi qayğı” layihəsi çərçivəsində uşaqları lazımi tibbi dərmanlarla təmin etməyə başlayıb. Qeyd olunub ki Heydər Əliyev Fondu Azərbaycanda diabetlə mübarizəyə, eyni zamanda, ürək qüsurlu uşaqların profilaktika, müalicə və əməliyyatlarına, sosial cəhətdən ehtiyacı olan insanlara, əlillərə, o cümlədən ictimai səhiyyə sahəsində aparılan bütün tədbirlərə dəstək göstərir.
Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində qarşıdakı bir il ərzində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin ediləcək.
Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Əməkdar həkim Tamfira Əliyeva, Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova və Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədr müavini, Respublika Endokrinoloji Mərkəzin direktor müavini Qənnadi Babək-Salek şəkərli diabetin dünyada ən geniş yayılmış qeyri-infeksion epidemiya olduğunu bildiriblər. Onlar diabetlə birgə mübarizənin vacibliyini qeyd edib, əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Konqres plenar hissələrlə davam etdirilib.
Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyasının məlumatlarına əsasən, diabetli xəstələrin sayı 2000-2017-ci illərdə 151 milyondan 425 milyona qədər artıb. Bu rəqəmin 2045-ci ildə 628.6 milyona çatacağı gözlənilir. Hazırda şəkərli diabetin tibbi-sosial əhəmiyyəti şübhə doğurmur. Bu, 2006-cı il dekabrın 20-də BMT-nin Baş Assambleyası və 2011-ci il 19-20 sentyabrda BMT-nin Baş Assambleya İclasının Siyasi Bəyannaməsi ilə təsdiq olunub. Şəkərli diabetin tibbi-sosial əhəmiyyəti onun nəinki epidemiya xarakteri alması, o cümlədən xəstələrin əlilliyinə və ölümünə səbəb olması ilə əlaqədardır.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

