WUF tarixində daha bir ilk...
21.05.2026 [10:34]
Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum”u keçirilib
BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” (“WUF13 NGO Forum”) mövzusunda tədbir keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan forumda vətəndaş cəmiyyətinin inklüziv şəhər planlaşdırılması və davamlı şəhər inkişafında rolu müzakirəyə çıxarılıb.
Çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın milli şəhərsalma forumunda iştirakından məmnunluğunu ifadə edib. O, Azərbaycanın yenidənqurma prosesində icmaların və müxtəlif tərəflərin fəal şəkildə cəlb olunduğunu görməkdən məmnun olduğunu bildirib. A.Rossbax əlavə edib ki, QHT-lərin iştirakı olmadan qlobal mənzil böhranının həlli mümkün deyil. “Şəhərsalma planları iştirakçılıq prinsipləri əsasında hazırlanmalı, yerli səviyyədə müxtəlif sektorları bir araya gətirən idarəetmə mexanizmləri qurulmalıdır. Yerli və milli səviyyələr arasında koordinasiya təmin edilməli, vətəndaş cəmiyyəti, akademik dairələr, icma təşkilatları və özəl sektor qərar qəbuletmə prosesinə cəlb olunmalıdır”, - deyə o bildirib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində yaradılan Qlobal Cənub QHT Platformasının artıq uğurlu beynəlxalq təşəbbüsə çevrilməkdə olduğunu bildirib: “Bu il həmin platformanın Baş Assambleyası təsis olunub və mən bu təşəbbüsün gələcəyinə böyük ümidlə baxıram. Şəhərlərlə bağlı çağırışlar - sürətli urbanizasiya, əhali artımı və iqlim dəyişiklikləri artıq bütün dövlətlərin gündəmindədir. Azərbaycan da iqlim dəyişikliklərinin təsirlərini hiss edir”.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Katib qeyd edib ki, şəhərlərin dayanıqlı inkişafı istiqamətində qlobal çağırışların həlli üçün vətəndaş cəmiyyəti institutlarının iştirakı və çoxtərəfli tərəfdaşlıqlar mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan qlobal təşəbbüslərin və beynəlxalq şəbəkələrin inkişafına töhfə verir. Şəhərlər artıq dayanıqlı inkişaf gündəliyinin əsas mərkəzinə çevrilib. “Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətli hissəsinin uğuru və ya uğursuzluğu məhz şəhərlərdə müəyyən olunacaq. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı proqnozlaşdırılır. Gələcəkdə urban artımın təxminən 90 faizi Qlobal Cənub ölkələrinin payına düşəcək”,- deyə Dima Al-Katib əlavə edib.
Qaçqınlar üzrə Ali Komissarlığın (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Maimuna Mohd Şərif bildirib ki, QHT-lər yalnız qlobal forumların iştirakçısı deyil, həm də insanlar, siyasət və praktika arasında əlaqələndirici qüvvədir. “Vətəndaş cəmiyyəti təşkilatları hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor və yerli icmalar arasında mühüm körpü rolunu oynayır. Yalnız dövlət və özəl sektor deyil, insanlar da bu tərəfdaşlığın əsas hissəsi olmalıdırlar”, - deyə o vurğulayıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva son illərdə Azərbaycanın vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının formalaşdığı məkana çevrildiyini bildirib. “Beynəlxalq tədbirlər Azərbaycanın yalnız onlara ev sahibliyi edən ölkə kimi deyil, həm də müxtəlif regionlardan olan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm platformaya çevrildiyini göstərir. Bu platformalar dialoq, əməkdaşlıq və həmrəylik üçün yeni imkanlar yaradır”, - deyə A.Əliyeva qeyd edib.
A.Əliyeva diqqətə çatdırıb ki, WUF13-ün əsas mesajı təhlükəsiz və dayanıqlı şəhərlərin qurulmasıdır: “Bu gün şəhərlər iqlim dəyişiklikləri, sosial bərabərsizlik, miqrasiya və humanitar böhranlarla üz-üzədir. Belə bir dövrdə şəhərlərin gələcəyi yalnız beton və infrastruktur üzərində qurula bilməz. Bu, insan etimadı, ictimai iştirakçılıq və həmrəylik üzərində formalaşmalıdır”.
BMT-nin Məskunlaşma Proqramının İdarə Heyətinin keçmiş katibi və Hökumətlərarası Əlaqələr şöbəsinin rəhbəri Kristian Mensah bildirib ki, WUF tarixində ilk dəfə dünyanın müxtəlif ölkələrindən QHT-lər vahid platformada bir araya gələrək xüsusi məkan əldə ediblər: “Bu, onların sessiya çərçivəsində daha fəal iştirakı və fəaliyyətlərinin təmin olunması baxımından mühüm addımdır. WUF13 yerli və regional baxışların qlobal siyasət formalaşdırılması prosesinə inteqrasiyası üçün də yeni imkanlar yaradır”.
BMT-nin Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Qalyeqos qeyd edib ki, şəhərlər qadınlar, kişilər və uşaqlar üçün uyğun şəkildə qurulmalıdır. “Eyni zamanda, yaşlı insanlar və əlilliyi olan şəxslərin ehtiyacları xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Qərar qəbuletmə prosesi çoxtərəfli əməkdaşlıq şəraitində mürəkkəb və məsuliyyətli vəzifədir. Bununla belə, BMT dünya problemlərinin həlli üçün mövcud olan ən vacib platformalardan biridir və QHT-lər də bu prosesin ayrılmaz hissəsi olmalıdır”, - deyə Luis Qalyeqos əlavə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45

