Azərbaycan ilə Qazaxıstan arasında diaspor sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub
01.02.2020 [11:20]
Qazaxıstan Xalqı Assambleyası (QXA) sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gəlib.
AZƏRTAC Komitənin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfərin məqsədi Azərbaycanın və Qazaxıstanın müvafiq dövlət orqanları, o cümlədən Dövlət Komitəsi ilə QXA arasında diasporla iş, millətlərarası münasibətlər sahəsində əldə olunmuş təcrübənin öyrənilməsi, gələcək əməkdaşlığın və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.
Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə əklil qoyub. Sonra isə Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının məzarı üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra nümayəndə heyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.
Görüşdə qonaqları salamlayan Dövlət Komitəsinin sədri Fuad Muradov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan dövlətlərinin liderlərinin müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Komitə sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində də ikitərəfli münasibətlərin əhəmiyyətindən danışıb.
Fuad Muradov nümayəndə heyətinə Azərbaycan dövlətinin uğurlu diaspor siyasəti, son illər həyata keçirilən irimiqyaslı layihələr və proqramlar, eləcə də, Komitənin “Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflər barədə geniş məlumat verib, Qazaxıstanda yaşayan azərbaycanlıların da yeni layihələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, hazırda Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır və bu ölkədəki Azərbaycan icması ilə işin daha da keyfiyyətli qurulması olduqca vacibdir.
Qazaxıstandakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Görülən işləri yüksək qiymətləndirən Qazaxıstan nümayəndə heyətinin rəhbəri Canseyit Tuymebayev xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. C.Tuymebayev Qazaxıstan Xalqı Assambleyasının fəaliyyəti, müxtəlif xalqların icmaları üçün yaradılmış şərait barədə məlumat verib, icmalararası əlaqələrin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri belə bir səfərin təşkilinə və səmimi qəbula görə Komitə sədrinə minnətdarlığını bildirib.
Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov və Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak ediblər.
Səfər müddətində Qazaxıstanın nümayəndə heyətinin bir sıra dövlət qurumlarında rəsmi şəxslərlə görüşləri, bəzi elm və təhsil mərkəzləri, mədəniyyət ocaqları ilə tanışlığı nəzərdə tutulur.
Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

