Xarici ölkələrdən Azərbaycana qayıdan tələbələr ciddi yoxlamalardan keçirilirlər
13.03.2020 [08:59]
Prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilir və müşahidə altına alınırlar
Xəbər verildiyi kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı (COVID-19) son vəziyyəti açıqlayıb. Bildirilir ki, 2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 124 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 126 380 nəfər yoluxub (191 yeni yoluxma), bu virusa yoluxanlardan 4634 nəfər ölüb (18 yeni ölüm), 68 313 nəfər isə sağalıb (1 300 yeni sağalan). Bu arada koronavirusun “vətən”i sayılan Çinin Dövlət Səhiyyə Komitəsi ölkədə infeksiyanın yayılmasının pik dövrünün başa çatdığını açıqlayıb. Belə ki, Çində koronavirusa yoluxanların sayında azalmanın müşahidə olunduğu bildirilir. Qeyd edək ki, dekabrın son günlərində Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində meydana çıxan yeni tip koronavirusa Çində 80 min 980 nəfər yoluxub və bu virus səbəbindən 3 min 173 nəfər ölüb. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya elan edib. Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus yaxın günlərdə və həftələrdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağının gözlənildiyini bildirib.
Ölkəmizdə də iki vətəndaşda koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata görə, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda, müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb.
Bundan başqa, koronavirsun çox yayıldığı ölkələrdən sayılan İtaliyadan ölkəmizə qayıdan tələbələr də ciddi yoxlamalardan keçirilib. İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.
Bildirmək yerinə düşər ki, İtaliyada təhsil alan və ölkəmizə dönən azərbaycanlı tələbələrin müayinəsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib. Prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ölkənin səhiyyə qurumları xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri davam etdirir.
Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycanın aidiyyəti orqanları bu gün koronavirusla mübarizə sahəsində çox şəffaf, açıq fəaliyyət göstərirlər. Yeri gəlmişkən, Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verdi və Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Bundan başqa, ilk yoluxma halı müəyyən olunduqdan bir gün sonra mətbuat konfransı keçirildi, bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırıldı, bütün informasiyalar paylaşıldı. Eyni zamanda Azərbaycanın aidiyyəti orqanları bu infeksiyaya qarşı ciddi tədbirlər həyata keçirirlər. Belə ki, sərhəd bölgələrinə heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə ciddi şəkildə cəlb olunublar. Ən əsası isə, koronavirusun geniş yayıldığı İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir. Hazırda Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb.
Digər tərəfdən bu məsələdə əsas məqam əhalinin məlumatlandırılmasıdır ki, ölkəmizdə bu istiqamətdə də lazımi addımlar atılıb və hazırda da atılmaqdadır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

