/ / Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər vətəndaş cəmiyyəti institutları tərəfindən təqdir edilir
Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər vətəndaş cəmiyyəti institutları tərəfindən təqdir edilir
18.04.2020 [10:50]
“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli: Hakimiyyətin siyasi dialoqa hazır olduğunu bir daha nümayiş etdirməsi müsbət haldır. Siyasi dialoq mühiti həm indiki, həm də postpandemiya dövrü üçün vacibdir
Qlobal pandemiya şəraitində Azərbaycan dövləti istər əhalinin sağlamlığının, təhlükəsizliyinin qorunması, istərsə də milli iqtisadiyyata xarici mənfi təsirlərin minimuma endirilməsi və insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində qətiyyətli addımlar atır, Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm tədbirlər reallaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışı zamanı dövlət başçısı bu məqama xüsusi olaraq toxunub. Prezident İlham Əliyev pandemiya dövründə ölkədə həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib, vətəndaşların sağlamlığının, onların təhlükəsizliyinin təmin olunmasının Azərbaycan dövlətinin əsas məqsədlərindən biri olduğunu bildirib. Dövlət başçısı çıxışında, həmçinin ölkədə bütün sahələrdə islahatların həyata keçirilməsindən danışıb, o cümlədən sosial-iqtisadi, siyasi islahatlara və bunun davamı olan siyasi dialoq təşəbbüsünə də toxunub.
Şübhəsiz ki, Azərbaycan dövləti tərəfindən pandemiya dövründə həyata keçirilən təxirəsalınmaz tədbirlər cəmiyyətdə yüksək qiymətlındirilir, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən təqdir edilir.
Öz növbəsində “Yeni Azərbaycan” qəzetinə açıqlamasında dövlətin həyata keçirdiyi tədbirləri təqdir edən “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli xüsusi karantin rejiminin tətbiq olunmasının normal hal olduğunu bildirib: “Əslində, bu fors-major situasiyadır və dövlətlərin belə kütləvi epidemiyaya qarşı vahid mübarizə modeli yoxdur. Avropa və ABŞ-ın timsalında da görürürük ki, hər bir ölkə fərqli qərarlar qəbul edir. Əsas məsələ yeni növ koronavirus infeksiyasının kütləvi şəkildə yayılmasının qarşısını almaq idi və Azərbaycan hökuməti buna nail oldu”.
QHT sədrinin sözlərinə görə, rəsmi məlumatlara əsasən, bu günə qədər təxminən Azərbaycanda 1000-dən çox koronavirusa yoluxma qeydə alınıb ki, bu, əhalinin cəmi 0,01 faizini təşkil edir: “Başqa sözlə, hər 10 min nəfərdən birində yoluxma aşkarlanıb. Digər tərəfdən, yoluxma statistikasının günbəgün azalması da müsbət tendensiyadır. Təbii ki, vətəndaş cəmiyyəti institutları bu addımları təqdir edir”.
Parlamentin, onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması təqdir olunmalıdır
Açıqlamasında ölkədə aparılan islahatların davamı kimi parlament seçkilərinin keçirilməsi, yeni parlamentin və onun komitələrinin rəhbərliyinə müxalifət partiyaları nümayəndələrinin seçilməsi və yeni siyasi konfiqurasiyanın yaranmasına da münasibət bildirən Qadir İbrahimlinin sözlərinə görə, parlamentin, onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması təqdir olunmalıdır. Bu islahatların davamlı olmasının mühüm əhəmiyyətə malik olduğunu vurğulayan QHT rəhbəri həm siyasi partiyalarla, həm də vətəndaş cəmiyyəti institutları ilə təmasların güclənməsindən və problemlərin ictimai müzakirəyə çıxarılmasından cəmiyyətin, ən başlıcası isə, xalqın və dövlətin faydalana biləcəyindən əminliyini dilə gətirib.
Postpandemiya dövründə siyasi dialoqa çox ciddi ehtiyac var
Həmçinin ölkəmizdəki yeni dialoq şəraitini də dəyərləndirən Qadir İbrahimli hakimiyyətin siyasi dialoqa hazır olduğunu bir daha nümayiş etdirməsini müsbət hal kimi qiymətləndirərək bildirib ki, bu, həm indiki, həm də postpandemiya dövrü üçün vacibdir: “Siyasi dialoq mühiti lazımdır və zəruridir. Postpandemiya dövründə bu dialoqa çox ciddi ehtiyac var",-deyən QHT sədri siyasi dialoqun həm bir sıra taleyüklü məsələlərin müzakirə olunması, həm də səylərin birləşdirilməsi baxımından vacib olduğunu bildirib.
Bu günlərdə yeni siyasi partiyaların Ədliyyə Nazirliyində qeydiyyata alınmasına da toxunan QHT sədrinin sözlərin görə, demokratik cəmiyyətin inkişafının əsas indikatorlarından biri olan siyasi partiyaların inkişafı mühüm əhəmiyyət kəsb etdiyi üçün indiki çətin dövrdə bu, çox sevindirici haldır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59

