/ / Pandemiya dövründə əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması yönündə Azərbaycan polisi mühüm funksiya yerinə yetirir
Pandemiya dövründə əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması yönündə Azərbaycan polisi mühüm funksiya yerinə yetirir
11.06.2020 [09:23]
Ekspertlər bildirirlər ki, xüsusi karantin rejimi şəraitində həyata keçirilən tədbirlərin icrası zamanı polis əməkdaşlarına müqavimət göstərilməsi, onlara qarşı qanunazidd hərəkətlər edilməsi yolverilməzdir
Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər öz müsbət nəticəsini verib. Belə ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub. Lakin karantin rejiminin yumşaldılması dövründə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması müşahidə edilir ki, bu da məhdudlaşdırıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini gündəmə gətirib. Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən, ötən həftənin şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Təbii ki, sözügedən qərarın icrasını yüksək səviyyədə təmin etmək üçün Azərbaycan polisi ona tapşırılan vəzifəni peşəkarlıqla yerinə yetirib və sərt karantin rejiminin tələblərini pozanlara qarşı müvafiq tədbirlər də görülüb. Lakin bəzi radikal müxalifət təmsilçiləri karantin rejiminin sərtləşdirilməsini sabotaj etməyə cəhdlər göstərir, vətəndaşları polis əməkdaşlarına qarşı çıxmağa səsləyirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə, pandemiya dövründə əhalinin sağlamlığının qorunması və koronavirusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin icrası sahəsində Azərbaycan polisi mühüm funksiya yerinə yetirir: “Son vaxtlar Azərbaycanın bir çox dövlət qurumları gərgin rejimdə fəaliyyət göstərir. Bu dövlət qurumlarının ən çox əziyyət çəkən, ağır yük daşıyan işçiləri sırasında Daxili İşlər Nazirliyinin əməkdaşlarını da göstərmək olar”.
Pandemiya dövründə polis əməkdaşlarının həddindən artıq fədakarlıq nümayiş etdirdiyini vurğulayan deputat deyib ki, ictimai asayişi qoruyan, öz vəzifəsini yerinə yetirən polisə müqavimət göstərilməsi, polis əməkdaşlarının təhqir olunması, onlara qarşı qanunazidd hərəkətlər edilməsi yolverilməzdir.
Bəzi radikal müxalifət təmsilçilərinin xüsusi karantin rejiminin sərtləşdirilməsini sabotaj etmək yönündə uğursuz cəhdlərinə də toxunan C.Məmmədov bildirib ki, vətəndaşları öz vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı çıxmağa səsləmək dövlətçiliyimizə qarşı təxribatdır: “Biz dövlətçiliyi müdafiə etməli, dövlətin yanında olmalıyıq. Müəyyən qüvvələrin bu hadisələri körükləməkdə və insanları qızışdırmaqda məqsədi isə ölkədə sabitliyi pozmaqdır. Bu gün bizə həmrəylik və birlik lazımdır. Polis də, müəllim də, həkim də bizimdir, onlara sahib çıxmalıyıq”.
Milli Məclisin deputatı Kamran Bayramov isə deyib ki, hər zaman dövlətimizin və xalqımızın maraqlarının keşiyində duran Azərbaycan polisi çox zəngin və keşməkeşli tarix yolu keçib: “Polislərin peşəkar fəaliyyəti nəticəsində ölkədə kriminogen vəziyyət nəzarətdə saxlanılır, cinayətlərin qarşısının alınması və üstünün açılması istiqamətində yüksək nəticələr əldə edilib, cəmiyyətimizin polis orqanlarına inamı və etibarı xeyli artıb”.
Koronavirus pandemiyası dövründə də Azərbaycan polisinin öz üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla və vicdanla icra etdiyini qeyd edən K.Bayramovun sözlərinə görə, polis əməkdaşları bu ağır şəraitdə vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması üçün əllərindən gələni əsirgəmirlər: “Bu dönəmdə, ötən həftənin son iki günü ərzində ölkəmizdə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi dövründə də polis əməkdaşları fədakarcasına fəaliyyət göstəriblər. Lakin bəzi şəxslər tərəfindən onlara qarşı bir sıra xoşagəlməz, təxribat xarakterli davranış halları baş versə də, bu cəhdlər vətəndaşlarımızın polis əməkdaşlarına olan inamına və etibarına heç zərrə qədər də xələl gətirə bilmədi. Düşünürəm ki, heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu sarsıda bilməz”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

