Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi COVID-19-a yoluxmanın sürətini aşağı salmaqdır
30.06.2020 [09:31]
Ekspertlərin fikrincə, sərtləşdirilmiş karantin rejiminin müddəti vətəndaşların sosial məsafənin saxlanmasına və qoruyucu vasitələrdən istifadəyə nə dərəcədə ciddi yanaşmalarından asılıdır
Məlum olduğu kimi, son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatlarında öz əksini tapan məlumatlar dünya üzrə yoluxma sayında artımın davam etdiyini göstərir. Buna görə də, bir çox ölkələrdə karantin rejimi sərtləşdirilir, hətta yeni məhdudiyyətlər və qadağalar tətbiq olunur. Azərbaycandakı vəziyyətə gəlincə, qeyd edək ki, COVID-19-a yoluxma qeydə alındığı ilk gündən görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə may ayının əvvəlindən ölkəmizdə də xüsusi karantin rejiminin yumşaldılması yönündə addımlar atıldı. Ancaq yumşalma tədbirlərindən sonra bəzi insanların qaydalara əməl etməməsi infeksiyaya yoluxanların sayının artmasına səbəb oldu. Məhz buna görə də Nazirlər Kabinetinin müvafiq qərarı ilə iyunun 21-dən iyul ayının 5-ə qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində, o cümlədən, Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi yenidən sərtləşdirilib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Şahin İsmayilov deyib ki, pandemiyanın ilk dövrlərindən dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da qabaqlayıcı tədbirlər görülüb və ciddi uğurlar əldə edilib. Deputatın sözlərinə görə, mart-aprel aylarında görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğundan xüsusi karantin rejimi yumşaldılsa da, sonradan vətəndaşların ÜST-ün, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və təkliflərinə məsuliyyətsiz yanaşmaları vəziyyətin mənfi yöndə dəyişməsinə gətirib çıxardı: “Son statistika göstərir ki, yoluxanların sayı artıb. Ona görə ki, bütün tələblərə baxmayaraq, Azərbaycanda bu qaydaların kütləvi surətdə pozulması hallarına rast gəlinir. Bəzi insanlar məsuliyyətsiz davranaraq elementar sanitar-gigiyenik qaydalara belə əməl etmirlər”.
Ş.İsmayilov deyib ki, Azərbaycanda ikihəftəlik sərtləşdirilmiş karantin rejiminin tətbiqinin əsas məqsədi koronavirusun yayılma sürətini azaltmaqdır: “Hər bir vətəndaş məsələnin ciddiliyinin fərqinə varmalı və məsuliyyətli olmalıdır. Vətəndaşlarımız başa düşməlidir ki, koronavirus yoxa çıxmayıb. Bizdən tələb olunan tibbi maskadan, dezinfeksiyaedici vasitələrən istifadə etmək və müvafiq olaraq sosial məsafə saxlamaqdır. Bu tələblərə riayət etməklə biz özümüzü və ətrafımızdakıları qoruya bilərik. Əgər bu tələblərə əməl edə bilsək, onda yoluxmanın sayı da kəskin azalacaq”.
Millət vəkili Milli Məclisin iyunun 29-da keçirilən növbədənkənar iclasında tibbi maska taxmamağa görə cərimələrin artırılması ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliyin müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul olunmasının əhəmiyyətinə toxunaraq bu addımın pandemiya ilə mübarizə çərçivəsində sosial məsuliyyətin və intizamın artırılması baxımından önəmli olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, insanlarmızın kütləvi surətdə yeni davranış qaydalarının tətbiq edilməsinə müsbət reaksiyası bu xəstəliklə mübarizənin səmərəli olmasına gətirib çıxaracaq: “Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini aşağı salmaqdır. Bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti aşağı düşsün və xəstəliyə düçar olan insanların sayı azalsın”.
Deputat bildirib ki, sərtləşdirilmiş rejimin müddəti də vətəndaşların sosial məsafənin saxlanmasına və qoruyucu vasitələrdən istifadəyə ciddi yanaşmasından asılıdır: “Təəssüf ki, son dövrlərdə bəzi vətəndaşlarımızın məsuliyyətsiz yanaşması nəticəsində koronavirusa yoluxanların sayı sürətlə artır. Yenidən sərt karantin rejiminin tətbiqində əsas məqsəd xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır. Hamımız bilməliyik ki, əgər qaydalara əməl etməsək, vəziyyət daha ağır olacaq, dünyasını dəyişən insanların sayı sürətlə artacaq”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

