Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Paytaxt üzrə koronavirusa ən çox yoluxma halları Binəqədi, Xətai, Sabunçu və Yasamal rayonlarında qeydə alınıb

Paytaxt üzrə koronavirusa ən çox yoluxma halları Binəqədi, Xətai, Sabunçu və Yasamal rayonlarında qeydə alınıb

19.08.2020 [09:25]

Azərbaycanda avqustun 3-dən 9-dək olan həftədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 3251 nəfər sağalıb, 1125 yoluxma faktı qeydə alınıb. Bununla yanaşı, həmin həftə koronavirusdan 28 nəfər vəfat edib.
AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, son statistikaya əsasən ölkə üzrə yoluxma hallarının 56,2 faizi paytaxtın payına düşür. Bundan başqa, yoluxma faktlarının 15,9 faizi Abşeron rayonunda, 10 faizi Aran rayonlarında, 6,6 faizi Gəncə-Qazax bölgəsində, 4,4 faizi Lənkəranda, 1,9 faizi Quba-Xaçmaz zonasında, 1,7 faizi Dağlıq Şirvan və Şəki Zaqatalada, 1 faizi Yuxarı Qarabağda, 0,05 faizi Naxçıvan Muxtar Respublikasında müşahidə olunub. Ölkə xaricindən idxal olunma halı isə 0,8 faiz təşkil edir.
Bakı şəhərinin rayonları arasında ən yüksək yoluxma göstəriciləri Binəqədi, Xətai, Sabunçu və Yasamal rayonlarında qeydə alınıb. Belə ki, həmin rayonlar üzrə yoluxma göstəriciləri müvafiq olaraq 14,2, 12,2, 11,9 və 11,8 faiz təşkil edir. Paytaxtın digər rayonlarına gəlincə, yoluxma hallarının 9,2 faizi Nəsimi, 8,4 faizi Nərimanov 8,1 faizi Suraxanı, 7,3 faizi Qaradağ, 7,2 faizi Nizami, 4,9 faizi Xəzər, 4,5 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarının payına düşür.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31