/ / Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu bitirmiş mediatorların iştirakı ilə tədbir keçirilib
Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu bitirmiş mediatorların iştirakı ilə tədbir keçirilib
25.09.2020 [08:42]
Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş mediatorların iştirakı ilə videokonfrans formatında tədbir keçirilib. Tədbirdə Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas və Mediasiya Şurasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Ruslan Mirzəyev çıxış ediblər.
Ədliyyə Akademiyasından AZƏRTAC-a bildiriblər ki, natiqlər mediasiya institutunun tətbiqindən, bu sahədə beynəlxalq təcrübədən bəhs edib, ilk mediatorların qarşısında duran vəzifələrdən danışıb, onlara uğurlu fəaliyyət arzulayıblar.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində, məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiyanın tətbiqi üzrə önəmli addımlar atılıb, o cümlədən “Mediasiya haqqında Qanun” qəbul edilib. Həmin Qanuna və dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq Mediasiya Şurası yaradılıb. Bu sahədə Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə çərçivəsində mediasiya üzrə təlimçilər hazırlanıb, Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Şuraya üzv qəbul olunub. Həmçinin beynəlxalq ekspertlər cəlb olunmaqla mübahisələrin alternativ həlli üzrə təlimçilərin təlimi təşkil edilib.
Akademiya tərəfindən “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na uyğun olaraq mediator olmaq istəyən şəxslərin ilkin hazırlıq kurslarına başlanılıb. Kurslarda beynəlxalq ekspertlər Ruslan Mirzəyev və Adi Qavrilla tərəfindən mübahisə nəzəriyyəsi, mübahisənin təhlili və dinamikası, mediasiyanın əsasları, mübahisələrin alternativ həlli, mediasiya prosesi və mərhələləri, mediasiyanın əsas prinsipləri (konfidensiallıq, bitərəflik/müstəqillik, qərəzsizlik, könüllülük) və digər aktual mövzular tədris olunub, praktiki məşğələlər keçirilib.
Kursun yekunu üzrə müvafiq imtahan keçirilərək 49 nəfər uğur qazanıb və onlar “Mediatorların ilkin hazırlıq kursu”nu bitirməklə bağlı sertifikata layiq görülüblər.
Ədliyyə Akademiyası tərəfindən mediator olmaq istəyən şəxslərin sənədlərinin qəbulu davam etdirilir və Avropa İttifaqının dəstəyi ilə müraciət etmiş növbəti qrup namizədlərin təlimlərə cəlb olunması, habelə respublikamızın bütün regionlarında mediasiya üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25

