/ / Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir
03.12.2020 [10:13]
Məlum olduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycan hökuməti bu yüklərin aparılması, aidiyyəti üzrə çatdırılması üçün lazımı şəraiti yaradır. Bu yüklərin məhz Azərbaycan vasitəsilə çatdırılması, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətin nümunəsidir.
Deputat bildirib ki, münaqişənin tənzimlənməsində ən aktiv rol oynayan dövlətlərdən biri Rusiya oldu: “Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etdi, Azərbaycanın müttəfiqlərini seçmək hüququnun olduğunu dedi. Digər tərəfdən, məlumdur ki, Rusiyanın Ermənistanla birbaşa sərhədi yoxdur. Bu qədər yükün təyyarələr vasitəsilə daşınması, daha sonra isə buraxılış imkanları məhdud olan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa çatdırılması həm böyük vaxt itkisinə, həm də böyük məbləğdə məsrəfə səbəb olar”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan hər zaman Rusiya ilə əlaqələrin gücləndirilməsinə və inkişafına xüsusi önəm verib: “Bu əlaqələrin yüksək səviyyədə olması və inkişafı birgə regional layihələrin həyata keçirilməsinə öz töhfəsini verir. Azərbaycan güclü və suveren dövlətdir, regional əməkdaşlıqda, ikitərəfli və çoxtərəfli birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Bu da ölkəmizin suverenliyinin, milli təhlükəsizliyinin qorunmasına, təhdidlərin qarşısının öncədən alınmasına öz ciddi töhfəsini verir”.
“Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanatın müddəalarına əsasən Rusiya tərəfi əvvəlcədən müəyyən edilmiş kvotaya uyğun şəkildə sülhməramlılarının Dağlıq Qarabağın ərazisində yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirib”. Bu fikirləri isə Milli Məclisin deputat Ramil Həsən deyib.
Ramil Həsən bildirib ki, yerləşdiriləcək kontingentin bir hissəsi Ermənistandan gəlməklə Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa daxil olub. Bununla yanaşı, razılaşdırılmış hüquqi çərçivəyə uyğun olaraq Rusiya bölgəyə çatdırılması nəzərdə tutulan yüklərin məhz Azərbaycan vasitəsilə daşınmasını qərara alıb. Bu, həm də Rusiyanın beynəlxalq hüquqa, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə sadiqliyinin əyani göstəricisidir.
“Digər tərəfdən, məlumdur ki, Rusiya Ermənistanla həmsərhəd deyil. Yüklərin təyyarələr vasitəsilə daşınması, daha sonra isə əlverişsiz, buraxılış imkanları məhdud olan Laçın dəhlizi vasitəsilə deyil, Ağdam istiqamətindən Dağlıq Qarabağ bölgəsinə çatdırılması daha məqsədəuyğundur. Çünki Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu bu tipli əməliyyatların həyata keçirilməsi üçün son dərəcədə əlverişlidir. Rusiyanın məsələ ilə bağlı nümayiş etdirdiyi mövqe Dağlıq Qarabağa humanitar yardım göstərmək istəyən beynəlxalq təşkilatlar üçün də nümunə ola bilər”, - deyə millət vəkili vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

