COVID-19-dan ev şəraitində müalicə olunan xəstə varsa...
16.12.2020 [09:20]
Ailənin digər üzvləri də 14 gün müddətində təcrid olunmalıdırlar
Xarici ölkələrdə olduğu kimi Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün tədbirlər davam etdirilir. Ekspertlərin sözlərinə görə, hazırda virusa yoluxmamağın yeganə yolu tibbi maskadan düzgün istifadə etmək, kütləvi tədbirlərə zəruri deyilsə qatılmamaq, gigiyena qaydalarına əməl etməkdir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə də deyib ki, hansısa zərurətdən küçəyə çıxdıqda mütləq tibbi maskadan istifadə edilməlidir: “Tibbi maskalar bir neçə kateqoriyaya bölünür. Daha yaxşı olar ki, N95 maskalarından istifadə olunsun. Hazırda əhalinin əksəriyyəti cərrahi maskalardan istifadə edir. Əslində həmin maskaların istifadə müddəti 2 saatdır və onlar cərrahi məqsədlər üçün nəzərə tutulub. Onların qoruyuculuq funksiyası o qədər yüksək deyil. Amma N95 maskasının da istifadə müddəti var. Bəzən ondan günlərlə, həftələrlə istifadə edilməsi əlavə problemlərin yaranmasına səbəb olur”.
Bildirilib ki, ev şəraitində COVİD-19-dan müalicə olunan xəstə varsa, ailənin digər üzvləri 14 gün müddətində təcrid olunmalıdır: “Xəstənin ailənin sağlam üzvləri ilə təmasına yol verilməməli, ailədə hamı tibbi maska taxmalı, ümumi istifadədə olan otaqlar gün ərzində mütəmadi olaraq dezinfeksiya edilməlidir. Evin havası 2-3 saatdan bir dəyişdirilməli və digər profilaktik tədbirlər görülməlidir. Nə qədər ki, koronavirus infeksiyasına qarşı peyvənd hazırlanmayıb, o həmişə mövcud olacaq”.
Onun dediyinə görə, müalicə prosesi zamanı antibiotik və antiviral dərmanların tətbiqinə tələsmək düzgün deyil: “Təəssüf ki, bu gün insanlar saysız-hesabsız antibiotiklər və antiviral dərmanlar qəbul edirlər. Məsələn, vaxtilə qripin müalicəsində tətbiq olunan virus əleyhinə dərmanlardan COVID-in müalicəsində də istifadə edirlər, lakin nəzərə almırlar ki, bu gün COVID-ə təsir edən antiviral preparat yoxdur. Ona görə də özbaşına tətbiq edilən həmin preparatlar əlavə təsirlərə səbəb olur və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Dövlət xəstəxanasında müalicə olunanlara verilən dərmanlar həkim müayinəsi aparılmadan təyin edilmir. Evdə müalicə alan xəstələr poliklinikaya müraciət etdikdən sonra onun vəziyyəti qiymətləndirilir, yanaşı xəstəlikləri öyrənilir və buna uyğun olaraq da xəstəyə dərmanlar verilir. Həkim təyinatı olmadan özbaşına qəbul edilən dərmanlar əlavə təsirlərə səbəb olur. Yaxud bəzi xəstələr vitamin komplekslərinə üz tutur, məsələn, D vitamini qəbul edir. Doğrudur, COVID-19 xəstələrində D vitamininin səviyyəsi aşağı düşür, amma əvvəlcədən vitamin qəbul edilməsi onun gələcəkdə xəstələnməməsinə təminat vermir. Gələcək ağırlaşmaların baş verməməsi üçün yenə də mütləq həkimə müraciət edilməlidir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxGündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19

