“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03.03.2021 [08:30]
Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır. Bunun nəticəsidir ki, ölkəmizdə COVID-19-la bağlı vəziyyət nəzarət altına alınıb. Ölkədə vəziyyətə uyğun verilən qərarlar, atılan addımlar öz səmərəsini verməkdədir. Öz növbəsində vaksinasiya prosesinə qoşulanların sayı da getdikcə artır. Belə ki, Azərbaycanda 273 mindən çox vətəndaşa koronavirus əleyhinə peyvənd vurulub.
“Yanvarın 18-dən ölkəmizdə yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya aparılır. Vaksinasiya ilkin olaraq səhiyyə işçiləri ilə başlanılıb. Kliniki Tibbi Mərkəzin həkim və tibb işçiləri də hamılıqla peyvənd olunublar”. Bu fikirləri qəzetimizə açıqlamasında Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Laçın Əliquliyeva deyib.
Laçın Əliquliyeva bildirib ki, həm vaksinasiya ilə, həm də məsuliyyətimizlə bu bəlaya qalib gələ bilərik: “Həkimlik təcrübəmdə şiddətli ağrı-acı ilə üzləşən, həyatla ölüm arasında çarpışan çox xəstə görmüşəm. Ötən bir il ərzində hər gün neçə-neçə kovidli xəstəyə yardım göstərsəm də, onlarla təmasda olsam da, şükür ki, özümü bu xəstəliyə yoluxmaqdan qorudum. Bu elə bir təhlükəli infeksiyadır ki, doğma-yad tanımır. Belə olan şəraitdə çıxış yolu nədir? Biz həkimlərin tez-tez işlətdiyimiz bir söz var. Həmişə deyirik ki, ən yaxşı müalicə profilaktikadır. İndiki halda COVID-19-un profilaktikası da ona qarşı tətbiq edilən peyvənddir. Peyvənd vurdur və xəstəlikdən uzaq ol!”.
Həkim-infeksionist peyvənd vurdurmaqdan çəkinənlərə müraciət edərək deyib: “Koronavirusa qarşı tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. İndiyə qədər peyvənd kimə hansı mənfi təsir göstərib? Bir şey ki, qoruyucu, xəstəlikdən mühafizə edən vasitə kimi tətbiq edilir, ondan çəkinməyin, yaxud etdirib-etdirməmək barədə təlaşa düşməyin nə mənası var? Peyvənd xəstəliyə yoluxmaqdan xilas yoludur, infeksiyaya yoluxma zamanı isə xəstəliyi yüngül keçirməyə kömək edir. Yaşamaq eşqi, həyat enerjisi olan heç kəs onu vurduqmaqdan qorxmamalıdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

