/ / Dövlət Komitəsinin təşkilatçılığı ilə sosial işçilər və psixoloqlar üçün peşəkar inkişaf təlimlərinə start verilib
Dövlət Komitəsinin təşkilatçılığı ilə sosial işçilər və psixoloqlar üçün peşəkar inkişaf təlimlərinə start verilib
20.04.2021 [08:57]
Pandemiya və fövqəladə vəziyyətlərdə uşaq hüquqlarının müdafiəsi, onların sosial-psixoloji dəstək xidmətlərinə çıxışının təmin edilməsi, cəmiyyətə reinteqrasiyası istiqamətində fəaliyyətlərin gücləndirilməsi mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla işləyən mütəxəssislərin beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması zəruridir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə aprelin 19-da fövqəladə hal, xüsusi vəziyyət və pandemiya şəraitində ölkəmizdə mövcud olan qadın və uşaq sığınacaqlarında çalışan sosial işçilər və psixoloqlar üçün üçgünlük peşəkar inkişaf təlimlərinə start verilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda həssas qrupdan olan insanlara xüsusi diqqət və qayğı göstərildiyini bildirib. Komitə sədri dövlətimiz tərəfindən bu istiqamətdə davamlı siyasət yürüdüldüyünü və Azərbaycanın bu sahədə özünəməxsus təcrübəsi olduğunu diqqətə çatdırıb.
Bahar Muradova deyib ki, həssas qrupdan olan insanların sayı münaqişə və müharibə nəticəsində daha da artıb. Hökumət bir sıra tədbirlər həyata keçirir. Münaqişə, müharibə və pandemiya şəraitində sosial işçilər və psixoloqlar üçün təlimlərin təşkili xüsusi aktuallıq kəsb edir.
Dövlətimiz tərəfindən uşaq strategiyası və məişət zorakılığı ilə bağlı mühüm qərarların qəbul edildiyini diqqətə çatdıran komitə sədri həssas qrupdan olan ailələrin problemlərinin vacibliyini qeyd edib. O deyib: “Psixo-sosioloji işlərin aparılması çox vacibdir. Bu istiqamətdə AQUPDK da öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır. Komitə əməkdaşları 44 günlük Vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin mülki əhalini hədəfə alması nəticəsində ziyan çəkmiş Goranboy, Ağdam və Tərtər rayonlarında 1400 ailəni ziyarət ediblər. Bundan başqa, 165 şəhid ailəsinə tərəfimizdən psixoloji dəstək göstərilib”.
Bahar Muradova həssas qrupdan olan insanlara təlimlər vasitəsilə psixoloji dəstəyin daha da artacağına ümid etdiyini bildirib.
Digər çıxış edənlər sosial işçilər və psixoloqlar üçün keçirilən təlimlərin əhəmiyyətindən danışıb, azərbaycanlı mütəxəssislərin beynəlxalq təcrübə əsasında bilik və bacarıqlarının artırılmasının vacibliyini qeyd ediblər.
Təlimlər bu sahədə təcrübəli olan peşəkar psixoloq və sosial işçi tərəfindən aparılacaq.
Təlimi uğurla bitirən iştirakçılara AQUPDK və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən sertifikatlar təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

