Azərbaycan dövlətinin növbəti humanist addımı
07.05.2021 [08:32]
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə humanizm nümayiş etdirməsinin nəticəsi olaraq bu günlərdə daha üç erməni hərbçi Ermənistana qaytarılıb. Ermənistan isə hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməməklə müharibə cinayətlərini davam etdirir. Eyni zamanda, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlı haqqında bilgi verməkdən yayınır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib ki, Azərbaycan indiyə qədər də humanistlik nümayiş etdirərək, xeyli mülki ermənini və hərbçini qarşı tərəfə qaytarıb: “Ermənistan isə bunun əksinə olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min nəfərə yaxın Azərbaycan vətəndaşı barədə informasiya verməkdən yayınır. Eyni zamanda, həmin dövrdə əsir götürülmüş Azərbaycan vətəndaşları barədə məlumatları da gizlədir”.
S.Vəliyeva onu əlavə edib ki, bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaransa da, qarşı tərəfin buna hazır olmadığı ortadadır: “Azərbaycan bu prosesə tam hazırdır. İndi növbə Ermənistanındır. Lakin Ermənistan faşizm və işğalçılıq niyyətindən əl çəkdiyini sübut etmək üçün, ilk növbədə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və əsir götürülmüş vətəndaşlarımız haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etməlidir”.
Milli Məclisin deputatı Anar Məmmədov isə deyib ki, atılan addım Azərbaycan dövlətinin daim humanizm prinsiplərindən çıxış etməsinin nəticəsidir: “Prezident İlham Əliyev üç erməni hərbçini Ermənistana qaytarmaqla ölkəmizdə təşəkkül tapmış humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha ortaya qoyub. Onu da qeyd edək ki, Azərbaycanda həmişə hərbi əsirlərə qarşı humanist münasibət göstərilib. Ölkəmizin humanist addımlarının qarşısında beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə məhəl qoymayan Ermənistan isə torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Məqsəd mümkün qədər çoxlu sayda mülki şəxsin həlak olmasıdır ki, bu da ərazilərə sakinlərimizin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayətdir. Üstəlik, işğaldan azad edilmiş ərazilərin mina xəritələrini verməkdən imtina edən Ermənistan müharibə cinayəti törədir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

